Tramp: ABŞ artıq Ukraynaya pul xərcləmir
Üç ölkə arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçəcək
Ukraynaya ABŞ-dan 1 milyard dollarlıq...
Məni zarafatla Avropanın prezidenti adlandırırlar
Tramp Rusiya-Ukrayna müharibəsinin səbəbini açıqladı
BQXK Azərbaycanda fəaliyyətini tezliklə dayandıracaq
Daha bir general vəzifədən GETDİ -FOTO
Zelenski Avropadan ayda 1 milyard dollar gözləyir
Yataqxanada yanğın: 3 nəfər tüstüdən zəhərlənib
“İlham, siz böyük lidersiz” - Trampdan hədiyyə


20.08.2025  16:13 

Ərəb turistlər Azərbaycan xalqından üzr istədi





A+  A-

Azərbaycanda olan ərəb turistlər sosial şəbəkələrdə bir axın başladıb.

XəzərNews.az xəbər verir ki, onlar sosial şəbəkələrdə, əsasən “TikTok” platformasında video yayımlayaraq Şəhidlər xiyabanında üç ərəb turistin qeyri-etik davranışa görə üzr istəyirlər.

Ərəb turistlər şəhidlərin məzarlarını ziyarət edib üzərinə gül qoyaraq bu tip davranışlarının yanlış olduğunu nümayiş etdirir, həm ərəb, həm də Azərbaycan dillərində xalqdan üzr istəyirlər.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə Bakıda Şəhidlər xiyabanında qeyri-etik davranışları ilə diqqət çəkən üç ərəb turistin görüntüləri narazılığa səbəb olub. Hüquq-mühafizə orqanları tərəfindən həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Qərara əsasən, onların hər biri üç ay müddətinə həbs edilib. Araşdırmalar göstərib ki, həmin şəxslər avqustun 13-də Bakıya turist kimi beşgünlük gəliblər və çəkdikləri videonu sosial şəbəkələrdə yayıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci maddəsi (“Qəbir üzərində təhqiredici hərəkət”) ilə cinayət işi başlanıb. Polis əməkdaşlarının tədbirləri nəticəsində hər üç şəxs saxlanılaraq istintaqa cəlb edilib.

Xəbər 880 dəfə oxunub.



25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb


BÜTÜN XƏBƏRLƏR +