Tramp: ABŞ artıq Ukraynaya pul xərcləmir
Üç ölkə arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçəcək
Ukraynaya ABŞ-dan 1 milyard dollarlıq...
Məni zarafatla Avropanın prezidenti adlandırırlar
Tramp Rusiya-Ukrayna müharibəsinin səbəbini açıqladı
BQXK Azərbaycanda fəaliyyətini tezliklə dayandıracaq
Daha bir general vəzifədən GETDİ -FOTO
Zelenski Avropadan ayda 1 milyard dollar gözləyir
Yataqxanada yanğın: 3 nəfər tüstüdən zəhərlənib
“İlham, siz böyük lidersiz” - Trampdan hədiyyə


20.08.2025  15:13 

Azərbaycan Rusiyadakı müsabiqədə iştirak etməyəcək - İmtina





A+  A-

Azərbaycan sentyabrın 20-də Moskvada keçiriləcək “İntervision” müsabiqəsində iştirakdan imtina edib.

XəzərNews.az xəbər verir ki, "İntervision" müsabiqəsi ilə əlaqəli İnstaqram hesabında qeyd olunub ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri daxili səbəblər və hazırlıq üçün kifayət qədər vaxtın olmaması səbəbindən müsahibədə iştirak etməyəcəklər.

Bundan əlavə, müsabiqənin tanıtım çarxında iştirakçı ölkələrin bayraqları nümayiş etdirilib. Lakin Azərbaycan bayrağı orada yer almayıb, hansı ki, ilkin mərhələdə iştirakçılar arasında göstərilirdi.

Müsabiqənin rəsmi Teleqram kanalında da iştirakçı ölkələrin bayraqlarından ibarət siyahı paylaşılıb. Həmin siyahıda da Azərbaycanın adı və bayrağı qeyd olunmayıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin cari ilin fevral ayında “İntervision” musiqi müsabiqəsinin keçirilməsi haqqında sərəncam imzalayıb. “İntervision” “Eurovision”un alternativi hesab olunur.

Xəbər 863 dəfə oxunub.



25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb


BÜTÜN XƏBƏRLƏR +