Azərbaycanlı döyüşçü Moskvada həbs olundu
“Tamstore”da satışda olan kərə yağı yararsız çıxdı
Məlhəm Beynəlxalq Hospitalına sanksiya tətbiq edildi
Prezident “ŞƏT plyus” formatında görüşdə çıxış etdi
“Neftçi”dən inciməmişəm” - Qurban Qurbanov
Bulvarda dənizdə batan qadın xilas edildi
ATƏT-in Minsk qrupu rəsmən ləğv olundu
Bakıda bu ərazidə hər gün zibil yandırılır
Hindistandan Azərbaycana qarşı düşmən addım
Yasamalda sürücüləri narahat edən bərbad yol


05.12.2021  06:51 

Belə vətən olar? - Namuslu adamları bezdirən nədir?





A+  A-

Tanınmış yazıçı Şərif AGın bir neçə gündür ard-arda yazdığı statuslar gündəm olub. Onun narazılıq ifadə edən Feysbuk statusları həm səhifəsində, həm də digər sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirə olunmaqdadır.

XəzərNews.az xəbər verir ki, yazıçının narazılıq ifadə edən və əslində ölkənin gerçək üzünü ehtiva edən statuslarına münasibət bildirənlərdən biri də xaricdə yaşayan jurnalist Elbəyi Həsənli olub.

Elbəyi Həsənli yazır:

"Mətbuata deyirlər, həqiqəti yazma, demə, göstərmə, amma maraqlı ol. Belə vəziyyətdə meymuna çevrilməkdən başqa yol qalırmı?" Tanınmış yazıçı Shərif AG belə yazır. Bir xanım da buyurur ki, hamı isin xatirinə susanda nəticə belə olur...

Yazıçının başqa bir statusuna diqqət edək: "Dünyaya bircə dəfə gələsən, onu da Azərbaycanda. Kanadada eşşəkdən-zaddan da olmadıq. Yaşıl çəmənlərdə otlayasan, arada da başını qaldırıb günəşə tərəf anqırasan..."

Qələm sahibinin bu statusu isə Azərbaycanda mövcud olan Danabaş idarəçilik düşüncəsinə qarşı bir üsyan hesab oluna bilər:

"İşğal olunmuş ölkə kimi idarə edir, hərbi əsir kimi davranırlar.

Belə vətən olar?

Vaxtında çıxıb getmədiyimə hər gün daha çox təəssüf edirəm".

Fikir verin, bu adam müxalifət partiyasının üzvü deyil, siyasi hakimiyyət uğrunda mübarizə aparmır. Ən böyük iddiası dünya çapında səs sala biləcək bir əsər ortaya qoymaqdır...

Yəni xalqa hamıdan bir köynək yaxın olan yazar Azərbaycanda mövcud olan idarəçilikdən son dərəcə narazıdır. O da sirr deyil ki, Azərbaycandakı bütün namuslu adamlar mövcud olan bu rejimdən bezib.

Sadəcə yazıçı düşüncələrini yazmağa cəsarət edib. Onlarla, bəlkə də yüzlərlə qələm sahibi var ki, qəlbən bu rejimə müxalifdir. İstəyir ki, Azərbaycan namuslu bir ölkə olsun. Bu ölkədə yaşadığına görə insan xəcalət çəkməsin.

Sizə onu da deyim ki, elə insanlar var ki, maddi durumu da yaxşıdır. Ancaq yenə də Azərbaycanda yaşadığına görə əzab çəkir. Çünki görür ki, hər addımda vətəndaşın haqqı tapdalanır, vətəndaşı it yerinə də qoymurlar, bu ölkədə insana hörmət yoxdur...

Mən özündən razılıq mərəzinə mübtəla olan iqtidarı bir Azərbaycan yazıçısının dediklərinə diqqət etməyə dəvət edirəm. Onun ortaya qoyduğu etirazdan ağıllı-başlı nəticə çıxarmağa çağırıram...

Xəbər 3203 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.09.2025  17:44 

Dəlixanada meyit aşkarlandı

01.09.2025  16:49 

Teymur Musayev nazirlikdən getdi

01.09.2025  13:58 

“Kriti“ Vüsal saxlanıldı

01.09.2025  12:21 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +