“Qarabağ“ın gəncləri “Benfika“ya uduzdu
Prezidentlər Şuşa qalası önündə foto çəkdiriblər
Əməliyyatdan sonra qadın iflic oldu
Qızına qarşı cinsi zorakılıq edən şəxs 13 il iş aldı
ABŞ: “Müharibə 90 günə bitə bilər”
Tanınmış şairin səhhəti pisləşib
Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqlayıb
Vəzifəli şəxslərin həbsi tələb edildi - Azərbaycanda
Azərbaycanda faktiki hava açıqlanıb
İranın İslami strukturlarla münasibətlərində gərginlik – Açıqlama


19.06.2019  10:43 

200 manatdan aşağı pensiya alanlara - Şad xəbər





A+  A-

“Prezident İlham Əliyev tərəfindən “Əmək pensiyaları haqqında” qanunvericiliyə müvafiq dəyişikliklər edilərək imzalanıb. Həmin dəyişikliyə görə, pensiyaların məbləği 1 oktyabr 2019- cu il tarixindən 160 manatdan 200 manata çatdırılacaq”.
XəzərNews.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib. O qeyd edib ki, bu da təxminən 25 faizlik artımdır:

“Bu islahatın əhatə dairəsi də hesablamalara görə, 700 minə yaxın pensiyaçını əhatə edəcək. Bu islahatın da maliyyə dəyəri 200 milyon manata yaxındır. Əlavə 70 milyon manat da bu islahata cəlb ediləcək. Belə ki, 1 oktyabr 2019- ci il tarixdən etibarən ölkədə 200 manatdan aşağı minumum pensiya alan vətəndaşımız olmayacaq. 200 manatdan yuxarı pensiya alanların isə pensiyasında dəyişiklik edilməyəcək. Pensiyaların adekvatlığının təmin olunması sırf indeksasiya üzərindən aparılır. Hər il ölkə üzrə əməkhaqlarının artım tempinə uyğun olaraq indeksasiyalar aparılacaq”.

Nazir müavini xatırladıb ki, ölkə başçısı ötən gün 16 sərəncam imzalayıb: “Həmin sərəncamlarla həm hərbi qulluqçular, hüquq-mühafizə orqanları, dövlət qulluğunun ümumi növü üzrə, xüsusi rütbəli şəxslər üzrə, müəllimlər, bir sıra təşkilatlarda çalışan orqan və qurumlar üzrə əməkhaqları artırılıb: “Bilirsiniz ki, hərbi qulluqçular, dövlət qulluqçuları, xüsusi rütbəli şəxslərin pensiyalarının məbləği bilavasitə əməkhaqlarının artırılmasına bağlıdır. Bu şəxslərin aldığı pensiyaların məbləğində də artım müşahidə olunacaq. Burada da 30-40 faizə yaxın artımın şahidi olacağıq”.

Xəbər 3052 dəfə oxunub.



16.09.2025  10:29 

Bakıda intihara cəhd olub

15.09.2025  17:30 

“Vüsal 300“ həbs EDİLDİ

15.09.2025  16:09 

Nanənin verilişi bağlandı


BÜTÜN XƏBƏRLƏR +