Ağdərədə yanğın törədən şəxslər saxlanılıb
Kikboksçu qadın restoranda həmcinsini niyə döyüb?
Səfirimiz geri çağrıldı
Qazaxıstanda həbslər: Nazir və iş adamı saxlanıldı
Azərbaycanda hava yağışlı keçəcək - Sabah
Gəliri bir ildə 20 milyon manat azalıb
“İş bağlanıb, hara istəyirsən şikayət elə!”
Rusiya paraflanmış sazişə nikbin yanaşır - Overçuk
Overçuk Azərbaycanda saxlanılan ruslardan danışdı
DİM yeni tələbə olanlara müraciət etdi


26.06.2018  14:43 

Xətaidə “yaşıl terror“: Ağacları kəsib, yerində obyekt tikirlər + VİDEO





A+  A-

Xətayi rayonu Cavanşir küçəsi 27 ünvanında yaşıllıq məhv edilir.
XəzərNews.az bildirir ki, bu barədə Qaynarinfo-ya Xatayi rayon sakini Anar İsmayılzadə məlumat verib.

"Minimum 12 ağac artıq çıxarılıb. Kimlərsə həmin yerdə obyekt tikir. İcra Hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişik, amma heç bir xeyri yoxdur. Artıq 2-3 günə həmin ərazidə obyekt tikintisi yekunlaşacaq. Guya deyirlər ki, icazəmiz var və həmin ağacları aparıb başqa bir yerdə əkəcəyik. Bu böyüklükdə, həmçinin üzərində meyvə olan ağacı, yayın istisində aparıb hardasa əkmək olarmı?! Xahiş edirik ki, aidiyyatı qurumlar bu məsələ ilə maraqlansınlar", - deyə o bildirib.

Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov ilə əlaqə saxladıq. Qurum rəsmisinin sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi sözügedən ərazidə ağacların çıxarılmasına dair rəy verib:

"Nazirliyin Ekspertiza idarəsi ağacların köçürülməsinə görə rəy verib. Səhv etmirəmsə Ramana ərazisinə köçürülür. Həmin yerdə cəmi bir ədəd böyük ağac var idi, qalanları balaca ağaclar idi. Suvarma ilə təmin olunmuş yerə köçürülürsə, heç bir problem yoxdur".







Xəbər 3573 dəfə oxunub.




04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı

04.09.2025  10:00 

Yeniyetmə su kanalında boğulub


BÜTÜN XƏBƏRLƏR +