Ağdərədə yanğın törədən şəxslər saxlanılıb
Kikboksçu qadın restoranda həmcinsini niyə döyüb?
Səfirimiz geri çağrıldı
Qazaxıstanda həbslər: Nazir və iş adamı saxlanıldı
Azərbaycanda hava yağışlı keçəcək - Sabah
Gəliri bir ildə 20 milyon manat azalıb
“İş bağlanıb, hara istəyirsən şikayət elə!”
Rusiya paraflanmış sazişə nikbin yanaşır - Overçuk
Overçuk Azərbaycanda saxlanılan ruslardan danışdı
DİM yeni tələbə olanlara müraciət etdi


20.04.2018  12:28 

SOCAR vitse-prezidentinin müşaviri niyə işdən çıxarıldı...





A+  A-

2017-ci ilin dekabrında SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədovun müşaviri təyin edilən keçmiş mətbuat katibi Nizaməddin Quliyev vəzifəsindən azad edilib.
XəzərNews.az bildirir ki, Modern.az-a daxil olan məlumata görə, N.Quliyevin işdən azad olmasına səbəb qurumla bağlı kimlərləsə məxfi yazışması olub...

Məsələ ilə bağlı SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov saytın sorğusuna cavab olaraq, N.Quliyevin işdən çıxarılmasını təsdiqləyib:

“Nizaməddin Quliyev ərizə yazaraq işdən ayrılıb”.

Xatırladaq ki, ötən il SOCAR-da mətbuatla əlaqələrin qurulması vahid strukturda birləşdirilərək optimallaşdırılıb.

Belə ki, qurumun mətbuat katibi Nizaməddin Quliyev vəzifəsindən azad edilərək, SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədovun müşaviri təyin edilib.

SOCAR-ın yeni yaradılan İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəisi vəzifəsinə Rüfət Zamanov, onun müavini vəzifəsinə isə İbrahim Əhmədov təyinat alıb.

R.Zamanov buna qədər SOCAR-ın Protokol idarəsinin rəisi vəzifəsində çalışıb.

Xəbər 3611 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı

04.09.2025  10:00 

Yeniyetmə su kanalında boğulub


BÜTÜN XƏBƏRLƏR +