Türkiyə təyyarəsi bu şəhərdə təcili eniş edib
Bu ölkənin səfiri XİN-ə çağrıldı
Braziliya prezidenti Trampı açıq dialoqa çağırıb
Bu ölkədən Polşaya dəstək
Xankəndidə polisə silahlı müqavimət... - Erməni cavab atəşi ilə susdurulub
Ukrayna ordusu ruslara ağır zərbə vurdu
Tanınmış boksçu faciəvi şəkildə öldü -FOTO
ABŞ Cənubi Koreyadan üzr istədi
Rusiya spikeri ciddi ürək problemi yaşayır
İki qatar relsdən çıxıb: Ölənlər var


15.02.2017  16:53 

Jurnalistləri təhqir edən MTN generalı əlavə məsuliyyətə cəlb edilə bilər





A+  A-


Fevralın 14-də Sabunçu Rayon Məhkəməsininin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natəvan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb.

Məhkəmə iclasından sonra isə jurnalistlər təqsirləndirilən, hazırda polisin nəzarətində olan Natəvan Mirvətovaya ittihama münasibət bildirməsi ilə bağlı sual ünvanlayıblar. Sabiq MTN generalı isə KİV nümayəndələrinə "rədd olun burdan!" deyərək, suallara cavab verməyib. O, jurnalistləri təhqir edərək ərazidən uzaqlaşıb.

Xatırladaq ki, Natəvan Mirvətovanı çıxmaqla, MTN işi üzrə saxlananların hamısına həbs-qətimkan tədbiri seçilib. Xanım generaldan başqa yerə getməmək barədə iltizam alınıb. O, bu səbəbdən, məhkəməyə evindən gedib-gəlir.

XəzərNews.az-ın məlumatına görə, media eksperti Ələsgər Məmmədli Modern.az-a açıqlamasında qadın generalın  jurnalistləri təhqir etməsinin yolverilməz olduğunu deyib:

“Məhkəmə prosesi açıq aparılırsa, hakim tərəfindən oradakı vəziyyətlə bağlı istər kamera vasitəsilə, istərsə də digər vasitələrlə müşahidə imkanı tanınsa, jurnalistlərin informasiya almaq imkanına heç kim qarışa bilməz. Açıq informasiya olduğu üçün hər kəs informasiya toplaya bilər. Jurnaslitlər informasiyanı yazan zaman da təqsirsizlik prezumpsiyası hüququ çərçivəsində yanaşmalıdırlar. Onların məlumat toplayarkən tərəflərin xoşuna gəlməməsi təbiidir, başadüşüləndir. Amma bu, jurnalistlərə qarşı kobud, təhqiramiz ifadələr işlətmək, hədələmək imkanı vermir”.

Ə.Məmmədli bildirib ki, bu kimi hal hüquqi məsuliyyət yaradır:

““KİV haqqında” Qanunun müddəaları imkan verir ki, jurnalistlər istədikləri yerdən, cəmiyyət üçün aktual gördükləri məlumatları toplasınlar. Eyni zamanda “KİV haqqında” Qanun jurnalistlərin qanuni fəaliyyətinə mane olan hərəkətləri də məsuliyyət yaradan amillər kimi görür. Buna görə də Cinayət Məcəlləsində, eyni zamanda İnzibati Xətalar Məcəlləsində müəyyən məsuliyyətlər nəzərdə tutulub. Bu baxımdan həmin general jurnalisti təhqir edib, onun informasiya almaq imkanlarını məhdudlaşdırmağa cəhd edibsə, onlar məhkəmə-hüquq yoluna baş vura bilər. Bu halda həmin şəxs cinayət məsuliyyətinə cəlb edilə bilər.

Açıqlama məsələsinə gəldikdə, şəxsin müsahibə verib-verməməsi özünə aiddir. Əgər o, artıq məmur deyilsə, açıqlama vermək məcburiyyətində deyil. Məmur olsaydı, buna məcbur idi. Amma məmur deyilsə və informasiya vermək istəmirsə, bundan imtina edə, yaxud danışmadan gedə bilərdi. Bu çərçivədə kimisə təhqir edir və hədələyirsə, buna görə də məsuliyyət daşıyır. Jurnalistlər bu çərçivədə də hüquqi yola gedə bilərlər”.

Qeyd edək ki, Natəvan Mirvətova Azərbaycanın milli təhlükəsizlik orqanlarının 90 illiyi ilə əlaqədar 2009-cu ilin martında general rütbəsinə yüksəlib. 2013-cü ildə Natəvan Mirvətova “Vətən uğrunda” medalı ilə təltif olunub. 

Azərbaycan tarixində ilk dəfə olaraq qadın general-mayor hərbi rütbəsi ilə təltif olunan Natəvan Mirvətova o vaxt Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Əməliyyat-texniki İdarəsinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, məhkəmə önünə çıxarılan şəxslər mütəşəkkil dəstə yaradıb, 2004-2015-ci illərdə, özəlliklə iş adamlarından həbs hədəsi, fiziki və psixoloji təzyiqlər yolu ilə külli miqdarda pul almaqda, onları qanunsuz olaraq, günlərlə MTN-də saxlamaqda, insanların telefon danışıqlarını dinləməkdə və başqa əməllərdə suçlanırlar.

“MTN işi” üzrə bütövlükdə 162 nəfər zərərçəkmiş kimi tanınıb. Onların toplam 18 milyon 437 min manatlıq pul və daşınmaz əmlakının ələ keçirildiyi bildirilir.



Xəbər 3612 dəfə oxunub.




14.09.2025  21:49 

İndoneziyada güclü zəlzələ

14.09.2025  20:59 

Bu ölkədən Polşaya dəstək

14.09.2025  18:35 

Gəncədə bıçaqlanma hadisəsi

14.09.2025  17:26 

Faktiki hava açıqlandı

14.09.2025  17:06 

ABŞ Cənubi Koreyadan üzr istədi

14.09.2025  17:04 

Prezident Şuşakənddə

14.09.2025  16:59 

Xırdalan sular altında qaldı

14.09.2025  16:57 

Hindistanda güclü ZƏLZƏLƏ

14.09.2025  14:42 

Papa ad günün qeyd edir

14.09.2025  13:37 

Putin Dmitri Medvedyevi təltif edib

14.09.2025  13:26 

Sabahın havası açıqlandı

14.09.2025  13:17 

Kiyevdə neft anbarı partladıldı

14.09.2025  13:05 

Daha bir general həbs edildi


BÜTÜN XƏBƏRLƏR +