Hansı ölkələr Ukraynada öz qoşunlarını yerləşdirə bilər?
“Tender kralı” Cəlilabadda yarım milyonluq tender uddu
Sabiq məmur və arvadının əmlakına həbs qoyuldu
Deputatın qardaşı Ukraynada öldürüldü
Əməliyyat zamanı həkim xəstənin çılpaq görüntülərini yaydı
Nazirlik rəsmiləri sahibkarlardan necə pul alıblar?
Onlar “Teleqraf“dan getdilər
Prezident “Qaz təchizatı haqqında” qanunu təsdiqlədi
Putin Zelenski ilə görüşməyə razılıq verdi - Rubio
Lavrov: Moskva ciddi yanaşmanı dəstəkləyəcək


14.08.2025  11:09 

Paşinyan Bakının tələbini qəbul etdi





A+  A-

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı növbəti tələbinə razılıq verib.

XəzərNews.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr bildirib ki, söhbət Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın Ermənistan Konstitusiyasından çıxarılmasından gedir:

“Bunu Vaşinqton Sazişinin birinci bəndi sübut edir. Orada bildirilir: “Sülh müqaviləsi paraflandıqdan sonra biz sazişin imzalanması və yekun ratifikasiyası istiqamətində gələcək fəaliyyətlərin davam etdirilməsinin zəruriliyini qəbul etdik və ölkələrimiz arasında sülhün qorunması və möhkəmləndirilməsinin vacibliyini vurğuladıq”.

Bu razılaşmadan sonra Bakı bəyan elədi ki, Paşinyana ev tapşırığı veriblər: o, Konstitusiyanı dəyişməlidir və sülh sazişi bundan sonra imzalanacaq.

Qeyd edək ki, Konstitusiya İslahatı Şurası uzun fasilədən sonra həftələr öncə iclas keçirib. Əldə etdiyimiz məlumata görə, şura tezliklə yeni Konstitusiyanın mətninin hazırlanması üçün aktiv şəkildə iclaslar keçirəcək”.


Xəbər 711 dəfə oxunub.




19.08.2025  16:15 

Onlar “Teleqraf“dan getdilər

19.08.2025  12:18 

Yataqxanada yanğın oldu


BÜTÜN XƏBƏRLƏR +