Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


27.01.2024  02:15 

Qərb dövlətləri Ukrayna hökumətinin törətdiyi bu cinayətə şərik olacaq -Polyanski





A+  A-

Belqorod vilayəti üzərində Rusiyanın İl-76 təyyarəsinin vurulmasında ABŞ və ya Almaniyanın yer-hava raket sistemlərindən istifadə edilməsi təsdiqlənərsə, Qərb dövlətləri Kiyev hökumətinin törətdiyi bu cinayətə şərik olacaq.

Xəzərnews.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.

"İlkin istintaqa görə, Ukrayna bu terror aktını zenit-raket kompleksindən istifadə etməklə həyata keçirib. Raketlər Xarkov vilayətindən buraxılıb. İl-76 təyyarəsinin ABŞ-ın "Patriot"u, ya da Almaniya istehsalı olan İRİS-T raketləri ilə vurulması ehtimal olunur", - rusiyalı diplomat bildirib.

Qeyd edək ki, İl-76 nəqliyyat təyyarəsi yanvarın 24-də Belqorod vilayətinin Koroçanski rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 65 ukraynalı əsir və 9 ekipaj üzvünün hamısı ölüb. Rusiya Müdafiə Nazirliyi onun Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu iddia edib./axar.az


Xəbər 3152 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +