Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


12.06.2018  10:17 

Uşaqların döyüldüyü bağça fəaliyyətini DAYANDIRDI





A+  A-

Bu gün Bakıda yerləşən "Kids studio” bağçasında uşaqlara qarşı kobud rəftarı özündə əks etdirən görüntülər yayılıb.
XəzərNews.az-ın məlumatına görə, məsələ ilə bağlı "Kids studio”nun rəhbəri Nigar Müseyibova BakuPost-a açıqlama verib. Bildirib ki, bağça fəaliyyətini dayandırıb:

"Bağça bu gün fəaliyyətini dayandırdı. Daha fəaliyyət göstərməyəcəyik".

O, rəhbərlik etdiyi bağçada uşaqlara qarşı hər hansı işgəncə olmadığını deyib: "Orada aqressiya olmayıb. Müəllimə uşağı silkələyib. Bundan başqa, onlar tezləşdirilmiş kadrlardır. Ona görə kobud görünür. Tezləşdirilmiş kadrların da öz təsiri var. Biz bir müddət əvvəl bağçada çalışan bir nəfəri işdən çıxarmışıq. Həmin qız oturub bütün görüntüləri axtarıb, arasından yalnız bunları tapıb. Çünki başqa bu kimi rəftar qeydə alınmayıb bağçada. Qisas almaq üçün görüntüləri yayıb. Biz onu işdən oğurluq üstündə çıxarmışdıq”.

N. Müseyibova kadrlardakı uşağın F. Tağıyevanın qohumu olduğunu deyib: "Həmin uşaq Firuzə müəllimənin öz qohumudur. Bundan başqa, o, yaxşı müəllimə olub. Uşaqları başının üstündə saxlayıb”.

Xəbər 2905 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +