Dələduzluq əməlində ittiham olunurdu, azadlığa buraxıldı
Onlayn mərc və qumar oyunları təşkil edən dəstə ifşa edildi
Biləcəridə küçə ticarəti narazılıq yaratdı
Vaşinqtonda yeni sülh prosesi olacaq - Politoloq
Jurnalistikada qabiliyyət imtahanı faydasızdır - Qulu Məhərrəmli
Maqomedovun 3 milyard dəyərində aktivləri dondurulub
Zelenski Malyukla nədən danışıb?
Stiv Vitkoffla Putin arasında görüş olub - Video
Tibbi arayış böhranı: Körpələrlə növbə dərdi
Rusiya Azərbaycanla hava və dəmir yolu... - Əlaqələr kəsilir?


31.05.2021  09:03 

“Tarzan“ı oynayan aktyor faciəvi şəkildə öldü





A+  A-

Amerika aktyoru, "Tarzan: macəraların tarixi" (“Tarzan: The Epic Adventures”, 1996-2000), teleserialında baş rolu oynamış Cozef Lara ABŞ-ın Tennessi ştatında baş vermiş təyyarə qəzasında həlak olub.
XəzərNews.az xəbər verir ki, bu barədə Rezerford dairəsi administrasiyasının saytında yayılmış açıqlamada bildirilir.

Qeyd edək ki, hadisə şənbə günü baş verib. Kiçik mühərrikli “Cessna C501” təyyarəsi ştatın şimalında gölə düşüb, qəza zamanı yeddi nəfər həlak olub. Hakimiyyət orqanlarının məlumatına görə, ölənlər arasında Lara, həmçinin onun xanımı Qven Şamblin də var. Qadın ABŞ-da məşhur dietoloq idi.

Lara həmçinin "Malibu xilasediciləri" (Baywatch, 1989-2001) və "Konan" (Conan, 1997-1998-də) seriallarında çəkilib.

Təyyarə Tennessidən Florida ştatına uçurmuş. Lakin sımaya qalxdıqdan qısa müddət sonra yerə düşüb. Qəzanın hansı səbəbdən baş verdiyi bilinmir. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Xəbər 2982 dəfə oxunub.




06.08.2025  11:21 

Aida Tağızadə vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +