Məhkəmə İmamoğlunun həbsinə qərar verdi
Leyla Əliyeva Oquldjaxan Atabayeva ilə görüşdü
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq
İsrail Suriyanı VURDU
Paşinyan Zəngəzur dəhlizindən danışdı
Melissa Park-la bağlı YENİ İDDİA
Putin Trampın ultimatumuna cavab verməyə tələsmir
İtaliya ABŞ-dən silah almaqdan imtina edir
Berdiməhəmmədov səfərinin əsas məqsədini açıqlayıb
Dövlət Sərhəd Xidməti rəisinin müavini işdən çıxarılıb?


17.11.2018  11:23 

Azərbaycan paracüdoçusu dünya çempionu oldu





A+  A-

Portuqaliyada Beynəlxalq Korlar İdmanı Federasiyasının (IBSA) təşkilatçılığı ilə paracüdoçular arasında dünya çempionatı keçirilir.
Azərbaycan Milli Paralimpiya Komitəsindən XəzərNews.az-a verilən məlumata görə, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Bayram Mustafayev əlcəzairli rəqibi S.Lamrini ipponla məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Milli komandamızın iki cüdoçusu Vüqar Şirinli və Orxan Qarayev 60 kiloqram çəki dərəcəsində üçüncü yer uğrunda tatamidə qarşılaşıblar. V.Şirinli qalib gələrək bürünc medala sahib olub.

Paralimpiyaçımız Ramil Qasımov 73 kiloqram çəki dərəcəsində Gürcüstan təmsilçisini məğlub edərək bürünc medal qazanıb.

Qadınların final mübarizəsində isə Şəhanə Hacıyeva (48 kiloqram) dünya çempionatının gümüş medalını əldə edib.

Yarışlarda milli komandamız 14 idmançı ilə təmsil olunur.

Xəbər 3166 dəfə oxunub.




16.07.2025  14:14 

İsrail Suriyanı VURDU

15.07.2025  20:36 

Amerikalı reper Bakıya gəlir


BÜTÜN XƏBƏRLƏR +