ABŞ-ın Yaxın Şərqdəki bazalarına hücum hazırlanır
Rusiya Ukraynaya 368 hava zərbəsi endirib
Doktoranturaya imtahan verənlər aksiya keçirəcəklər
Üç nüvə dövləti ABŞ-a qarşı - Fövqəladə iclas çağırıldı
Məhkəmə Fatih Altaylının həbsinə qərar verdi
Yəmən İran və İsrail müharibəsinə qoşulur
Amerikanın vurduğu ərazilərdə yüz minlərlə əhali yaşayır
ABŞ İranı vurdu
“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var


21.05.2018  13:05 

Azərbaycanın ürəyinə dəyən güllə...





A+  A-

20 may 2018-ci il saat 15:41. Müdafiə Nazirliyi hərbi qulluqçumuz, əsgər Tatarov Adil Əli oğlunun şəhid olması haqqında xəbər yaydı. Daha bir şəhid xəbəri, daha bir ürək ağrısı və daha bir qürur yeri. Başın sağ olsun Vətən!!!

Şəhidimiz Adil Tatarov 4 bacının yeganə qardaşı, bir nəslin davamçısı idi. Artıq Tatarovlar nəslinin soyu, kökü, gələcəyi qurudu. Artıq o dörd bacı heç bir şənlikdə digər xanımlar kimi şənlənə bilməyəcək. Qardaşın hərbi xidmət müddətini başa vurub doğma ocaqlarına dönməsini səbirsizliklə gözləyən bacılar artıq onun əsgər paltarında olan şux qamətinə deyil, məzarına sarılmalı olacaqlar. Qardaşın toyunda ürəkdolusu rəqs etməyi düşünən və xəyal edən bacılar artıq onun yas mərasimində, qəbri önündə ağı deyib göz yaşı axıtmalı olacaqlar.

Bayramlarda, şad və qəmli günlərində qaçacaq yeganə yerləri var - Şəhid olan qardaşın məzarı. O dörd bacı yeganə qardaşları olan Adili bir dağ bilirdilər arxalarında... Artıq onların dağ boyda dərdi var ürəklərində.

Şəhidimizin anasından isə yazmağa əlim gəlmir. Artıq o ananı düşünün. Ananın nəinki ürəyi, hətta bütün həyatı, keçmişdə Adili böyütmək üçün yaşadığı çətin və keşməkeşli anları, gələcək arzuları və ümidləri yandı.

O ana oğlunu 9 ay 18 il hansı əzab-əziyyətlərlə bəsləyib böyütmüşdü. Vaxt-zaman çatdıqda da o biricik ciyərparası oğlunu Vətən borcunu yerinə yetirmək üçün Vətəni qorumağa göndərmişdi.

Ananın arzuları vardı. Oğul əsgərliyini bitirib gələcək, oğlu üçün həyat yoldaşı, özü üçün evinə gəlin gətirəcək, o dörd bacının yeganə qardaşı olan nəslin davamçısının uşaqlarını - öz nəvələrini qucağına alıb bağrına basacaq, onlar üçün lay-lay çalıb, nağıllar danışacaq və daha nələr, nələr... Artıq aramızda yoxdur o oğul. Bu qədər arzuları, ümidləri və xəyalları yanan o ana necə dözsün bu dərdə...

Növbə atadadır. Qürurlu, mərd, başı uca gəzən atada. Ata Adili hərbi xidmətə yola salanda ürəyi dağ boyda olmuşdu. Axı həmin gündən o bir Azərbaycan əsgərinin, bir Vətən, namus qoruyucusunun atası idi. Əllərinin qabarı, alnının təri, min bir əzab-əziyyətlə bir oğul böyütmüş və onu Vətənin keşiyini çəkmək üçün göndərmişdi. Necə qürurlanmaya bilərdi. Bir neçə ay öncə Vətən üçün göndərdiyi oğul bu gün Şanlı Azərbaycan bayrağına bükülmüş tabutla həyətinə gəlir. Öz doğulub boya-başa çatdığı kiçik daxmasına “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları ilə daxil olur. Bir neçə gün öncə bir Vətən keşikçisinin atası olan bu adil ata indi bir Şəhidin atasıdır. Ürəyində silinməz və hər gün daha da böyüyəcək bir yarası oldu, bir qürur yeri oldu atanın. Ata oğul üçün qurulmuş “palatqa”nın altında ürəyini tutub oturur. Oğula dəyən düşmən gülləsi sadəcə oğula deyil həm də Əli atanın və bütün Azərbaycanın ürəyinə dəydi.

Ürəyimizə dəyən güllələrin biri də artdı. Bu güllələrin ağrısı ilə daha nə qədər yaşamağı düşünürük?!.

Məmmədsan Həsənov


Şəhid Adil Tatarovun atası Əli Tatarov


Xəbər 8749 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.06.2025  12:39 

ABŞ İranı vurdu

21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +