Üç nüvə dövləti ABŞ-a qarşı - Fövqəladə iclas çağırıldı
Məhkəmə Fatih Altaylının həbsinə qərar verdi
Yəmən İran və İsrail müharibəsinə qoşulur
Amerikanın vurduğu ərazilərdə yüz minlərlə əhali yaşayır
ABŞ İranı vurdu
“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi


05.01.2018  09:15 

Azərbaycanda şəkər xəstələrinin sayı artıb





A+  A-

Azərbaycanda son 7 ildə qeydiyyata düşən şəkərli diabet xəstələrinin sayı 100 min nəfər artıb.
XəzərNews.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu dəhşətli xəstəlik hər il daha çox insanı əhatə edərək cavanlaşmaqdadır.

2011-ci ildə bu xəstəlikdən əziyyət çəkənlərin rəsmi qeydiyyatında 135 min 735 nəfər var idisə, hazırda bu say 242 min nəfəri ötüb. Bu isə Azərbaycanda hər yüz nəfərdən ikisinin şəkərli diabet xəstəsi olması deməkdir.

Maraqlısı isə budur ki, bu xəstəliyə yoluxanların beş faizə yaxını, yəni 9500 nəfərə yaxını 17 yaşınadək olan yeniyetmə va uşaqlardır. Şəkərli diabet xəstəliyinə yoluxanların 20 faizini 18-35 yaş arasında, 40 faizə yaxını 36-50, 33 faizini isə 65 yaşdan yuxarı insanlar təşkil edir.

Əksər hallarda insanlar şəkər xəstəliyini gizli keçirdiyindən bəzi məqamlara diqqət etmələri vacibdir. Ekspertlər bildirir ki, orqanizmdə baş verən bir sıra dəyişikliklər şəkər xəstəliyinin xəbərçisi ola bilər.

Məsələ ilə bağlı Respublika Endokrinologiya mərkəzinin direktoru Yusif İsmizadə bildirib ki, hər il dünyada şəkər xəstələrinin sayı 10-12 faiz artır. Azərbaycanda isə coxlu sayda insan şəkər xəstəsi olsa belə bundan xəbərsiz olur və onların xəstəliyi məhz yoxlamalar zamanı üzə çıxıb. Buna görə də son 7 ildə qeydiyyata düşən şəkər xəstələrinin sayı 100 min nəfərdən artıq olub.

Xəbər 3298 dəfə oxunub.




22.06.2025  12:39 

ABŞ İranı vurdu

21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +