Məhkəmə İmamoğlunun həbsinə qərar verdi
Leyla Əliyeva Oquldjaxan Atabayeva ilə görüşdü
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq
İsrail Suriyanı VURDU
Paşinyan Zəngəzur dəhlizindən danışdı
Melissa Park-la bağlı YENİ İDDİA
Putin Trampın ultimatumuna cavab verməyə tələsmir
İtaliya ABŞ-dən silah almaqdan imtina edir
Berdiməhəmmədov səfərinin əsas məqsədini açıqlayıb
Dövlət Sərhəd Xidməti rəisinin müavini işdən çıxarılıb?


23.12.2017  10:08 

Balakəndə ata oğlunu BIÇAQLADI





A+  A-

Balakəndə ailə munaqişəsi zəminində ata 41 yaşlı oğlunu bıçaqlayıb.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, dekabrın 22-si axşam saat 22:30 radələrində rayonun Qazma kənd sakini, 1976-cı il təvəllüdlü Vüqar Loğman oğlu Əhmədov bıçaq xəsarəti ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan verilən məlumata görə, bədənin qarın nahiyəsinin kəsilmiş-deşilmiş və daxilə nüfuz edən bıçaq yarası xəsarəti ilə xəstəxanaya daxil olan Vüqar Əhmədovun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisə Vüqar Əhmədovun yaşadığı ünvanda baş verib.

Vüqar Əhmədovla atası, 1953-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Loğman Bilal oğlu Əhmədov arasında ailə münaqişəsi zəminində mübahisə baş verib. Mübahisə zamanı Loğman Əhmədov oğlu Vüqarı bıçaqlayıb. Hadisəni törətməkdə şübhəli sayılan Loğman Əhmədov saxlanılıb.

Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

Xəbər 3056 dəfə oxunub.



16.07.2025  14:14 

İsrail Suriyanı VURDU

15.07.2025  20:36 

Amerikalı reper Bakıya gəlir


BÜTÜN XƏBƏRLƏR +