Üç nüvə dövləti ABŞ-a qarşı - Fövqəladə iclas çağırıldı
Məhkəmə Fatih Altaylının həbsinə qərar verdi
Yəmən İran və İsrail müharibəsinə qoşulur
Amerikanın vurduğu ərazilərdə yüz minlərlə əhali yaşayır
ABŞ İranı vurdu
“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi


21.12.2017  21:18 

BMT Baş Məclisi Qüdslə bağlı qətnaməni qəbul etdi





A+  A-

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Məclisi ABŞ-ın Qüdsü İsrailin rəsmi paytaxtı kimi tanıması ilə bağlı növbədənkənar xüsusi iclas keçirir.
XəzərNews.az xəbər verir ki, iclasda BMT Təhlükəsizlik Şurasının bir neçə gün öncə ABŞ-ın qərarını qanunsuz hesab etdiyi qətnamə səsverməyə çıxarılacaq.

Həmin səsvermədə 14 ölkə lehinə səs vermiş, sadəcə ABŞ veto qoymuşdu. Bu gün baş tutacaq səsvermədə üçdə iki səs çoxluğu olarsa qətnamə qəbul ediləcək.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp səsvermədə iştirak edəcək ölkələri təhdid etmiş, lehinə səs verəcəkləri təqdirdə maliyyə yardımını dayandıracağını açıqlamışdı.

***

Səsvermə nəticəsində qətnamə qəbul edildi. 128 üzv ölkə ABŞ-ın qərarını rədd edən qətnamənin lehinə səs verib. 9 ölkə əleyhinə, 35 ölkə isə bitərəf mövqedə olub.

Qətnamənin əleyhinə səs verən ölkələr bunlardır: ABŞ, İsrail, Qvatemala, Honduras, Marşal Adaları, Mikroneziya, Nauru, Toqo, Palau

Xəbər 2763 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.06.2025  12:39 

ABŞ İranı vurdu

21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +