İlham Əliyevin Ağ Evdə Donald Trampla görüşü başlayıb
Bakıda məktəbli qəfil vəfat etdi
“Sülh razılaşması imzalanacaq” - Ağ Ev
“Qaradağ Şüşə Zavodu”nun borcu niyə artır?
Adil Əliyev 5 nəfəri işdən çıxartdı
“92 bal toplamışam, vakant yer tapa bilmirəm
Putin və Tramp gələn həftə görüşə bilər... - Romada
Daha bir məşhur həkimin tibb təhsili yoxdur - İDDİA
Mərkəzdən Hövsana uzanan ölüm çökəkləri
“Sərxoş olub bizə işgəncə verirdilər” – Azərbaycanlı


02.11.2017  14:07 

Yazı müsabiqəsi elan olundu - “Cümhuriyyətə işıq saçan qadınlar”





A+  A-

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun təsis etdiyi “İşıq-qadın” jurnalı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Cümhuriyyətə işıq saçan qadınlar” adlı araşdırma-yazı müsabiqəsi elan edir.
Cümhuriyyətin 100 illik yubileyinin ölkə səviyyəsində keçirilməsi haqqında dövlət başçımızın Sərəncamını əsas alaraq təşkil edilən bu müsabiqə Cümhuriyyətin quruluşunda rolu olan qadınların həyat və fəaliyyətini işıqlandırmaq, eyni zamanda hələ də araşdırılmamış arxiv materialları əsasında onları tanıtmaq məqsədi daşıyır.

XəzərNews.az-a verilən məlumata görə, təqdim ediləcək yazılar aşağıdakı mövzuları əhatə etməlidir:

• Cümhuriyyətə qədərki yaxın dövrdə Azərbaycan qadınlarının fəaliyyəti:
- Qız məktəbləri
- Qadın xeyriyyə cəmiyyətləri
- Qadın mətbuatı (“İşıq” qəzeti və qəzetin ətrafındakı ziyalı qadınlar)

• Cümhuriyyət dövrü:
- Konkret faktlar əsasında ictimai fəaliyyətdə, dövlət müəssisələrində, siyasət təhsil, ədəbiyyat, mədəniyyət və incəsənət sahələrində aktiv qadınlar

• Cümhuriyyətin süqutundan sonra:
- Repressiya dövründə təqiblərə, həbslərə, sürgünlərə məruz qalan Azərbaycan qadınlarının həyat və fəaliyyəti

Müsabiqəyə təqdim edilən yazılar əvvəllər eynilə heç bir yerdə nəşr edilməməlidir.
Araşdırma-yazılar Microsoft Word proqramında yığılmalı, 14 ölçülü Times New Roman şrifti ilə, 3-5 A4 səhifəsi həcmində olmalıdır.
Yazıdan əlavə, özləri haqqında qısa məlumat, e-ünvan və əlaqə nömrələrini də təqdim etmələri müəlliflərdən tələb olunur (CV).
Yazıların münsiflər heyəti tərəfindən qiymətləndirilməsi tam anonim şəkildə aparılacaq və ilk 3 yeri tutanlar AQUPDK və “İşıq-qadın” jurnalının təsisçisi MİMTA Fondu tərəfindən pul mükafatı ilə mükafatlandırılacaqdır. Bundan əlavə, müsabiqəyə qəbulu təsdiq edilən bütün yazıların müəlliflərinə müvafiq hədiyyələr təqdim ediləcəkdir.
Yazıların son təqdim edilmə tarixi: 31 Dekabr 2017-ci il.
Yazılarınızı info@isiqqadin.az e-ünvanına göndərməyiniz xahiş olunur.
Əlaqə nömrələri: +99412 433 22 96/97, +99450 722 33 34


Xəbər 4348 dəfə oxunub.




08.08.2025  17:25 

Yevlaxda ÜÇ MAŞIN toqquşdu

08.08.2025  16:45 

Bakı-Qazax yolunda təmir gedir

08.08.2025  15:39 

Qardaş bacısını baltaladı

08.08.2025  14:15 

Vardan Arutyunyan saxlanılıb

08.08.2025  12:52 

Novxanı işıqsız qalacaq


BÜTÜN XƏBƏRLƏR +