Üç nüvə dövləti ABŞ-a qarşı - Fövqəladə iclas çağırıldı
Məhkəmə Fatih Altaylının həbsinə qərar verdi
Yəmən İran və İsrail müharibəsinə qoşulur
Amerikanın vurduğu ərazilərdə yüz minlərlə əhali yaşayır
ABŞ İranı vurdu
“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi


20.09.2017  12:58 

Dolların qiyməti haqda son proqnoz





A+  A-

İqtisadçı ekspert Vüqar Bayramov Mərkəzi Bankın sədri Elman Rüstəmovun manatın məzənnəsinin hazırkı vəziyyəti ilə bağlı ötən gün verdiyi açıqlamaya münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, iqtisadçı sosial şəbəkədə bildirib ki, Mərkəzi Bankın uçot stavkasını dəyişməməsi onun mövcud status-kvotanı saxlamaq istəyi kimi də dəyərləndirilə bilər: “Son aylar bankların milli valyuta üzrə depozit faiz dərəcələrini azaltması manatla əmanətlərin həcmininə təsir göstərə bilər. Belə ki, ilin əvvəlində manatla əmanətlərə 15-18 faiz divident təklif edən banklar artıq milli valyutanı 10-12 və hətta bəziləri bir rəqəmli faizlə cəlb edirlər. Mərkəzi Bankın uçot stavkasının dərəcəsinə toxunmamasının səbəblərindən biri də depozitlərin strukturunda manatla yığımların artırımını davam etdirmək məqsədidir.

Manatın məzənnəsinin necə dəyişəcəyinə gəldikdə isə, son aylar təşkil edilən hərracların nəticələri göstərir ki, Mərkəzi Bank milli valyutanın daha da möhkəmlənməsində deyil, mövcud məzənnəsinin qorunub saxlanmasında maraqlıdır. Bəzi hərraclarda satışa çıxarılan dolların yarıdan çoxunun satılmamamasına baxmayaraq Mərkəzi Bank rəsmi məzənnəni, demək olar, dəyişməməsi də məhz bu istəkdən xəbər verir. Baş bankın son açıqlamasında da manatın məzənnəsinin həmçinin ixrac imkanları və iqtisadiyyatın diversifikasiyası aspektindən qiymətləndirilməsi də ondan xəbər verir ki, Mərkəzi Bank bahalı manatda maraqlı deyil. Çünki möhkəm milli valyuta bahalı ixrac deməkdir. Bahalı ixrac məhsullarının isə rəqabət imkanları məhdud olur. Əslində, biz hələ 2015-ci ildə ərzaq idxalının birbaşa və ya dolayı subsidiyalaşması və eləcə də xarici valyutalardakı kreditlərə güzəştin tətbiq edilməsi yolu ilə manatın bazar məzənnəsinin müəyyənləşdirilməsini təklif edirdik. Bu ixrac imkanlarının artırılması baxımdan daha məqbul olardı”.

O qeyd edib ki, Mərkəzi Bankın son açıqlaması ondan xəbər verir ki, manatın möhkəmlənməsi deyil, indiki məzənnənin qorunub saxlanması priortitetdir. Buna görə də, hətta dollara tələb azalsa da, belə Mərkəzi Bankın manatı daha da bahalaşdıracağı gözlənilən deyil.

Kursa gəldikdə isə, prosesə təsir göstərmək imkanlarına malik əsas qurum yenə də Mərkəzi Bankdır. Dekabr ayında dollara tələbin artacağı gözlənilir. Həmin ay idxalın artması, dövlət və özəl müəssisələrin xarici borc öhdəliklərini yerinə yetirməsi və xarici səfərlərin sayının artması dollara tələbi artırır. Bunun manatın məzənnəsinə necə təsir göstərəcəyi birbaşa Mərkəzi Bankdan asılı olacaq.

Mərkəzi Bank indidən dekabr ayında artan tələbə hazır olmalıdır. Daha çox valyutanın bazara çıxarılmasını təmin etməlidir. Öncədən proqnozlaşdırdığımız kimi, avqust ayında dollara tələb artdı. Bu özünü valyuta hərraclarının nəticələrində də göstərdi. Buna baxmayaraq manatın məzənnəsi dəyişmədi. Çünki Mərkəzi Bank bazara tələb olunan dolların çıxarılmasını təmin etməklə stabilliyi və intervalı qoruyub saxladı”.

Xəbər 3132 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.06.2025  12:39 

ABŞ İranı vurdu

21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +