İcra başçısının adından dələduzluq
Bolt-un kuryeri müştərini təqib etdi - Cəza verildi
“Aeroflot“dan sonra hakerlər Rusiyanın iki iri aptek şəbəkəsini çökürtdü
Türkiyə-Pakistan ittifaqı İslam Dünyasını xilas edəcək?
Məhkəmənin qərarına hörmətsizlik edən şəxs kimə arxayındır? - Fotolar
“Mən cəsus deyiləm, sadəcə...” — Eks-deputat DANIŞDI
İran Rusiyanın düşmənidir, yoxsa müttəfiqi? - ŞƏRH
Körpələrin zirzəmiyə salındığı bağça nəzarətə götürüldü
Büdcəyə 14320 manat ziyan vuran direktor həbs edilmədi
Sabah 41 dərəcə isti olacaq


25.07.2025  15:42 

Allahverdi Yolçuyevin küçələrdə corab satması... - Açıqlama





A+  A-

Tanınmış aktyor Allahverdi Yolçuyevin küçələrdə corab satması ilə bağlı yayılan məlumat cəmiyyətdə müzakirələrə səbəb olub.

Dərmanlarını almaq üçün bu işə əl atmalı olan sənətçi maliyyə dəstəyinə ehtiyacı olduğunu vurğulayıb. Hazırda yaşa görə 336 manat təqaüd alan A.Yolçuyev deyib ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrından ona “yer yoxdur” cavabı verilib.

Aktyorun problemi ilə əlaqədar Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, aktyor Allahverdi Yolçuyevlə bağlı məsələlər Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir: “Aktyor dövlət tərəfindən pensiya ilə təmin olunub. Bundan əlavə, Mədəniyyət Nazirliyi tərəfindən müvafiq dəstək göstərilib, həmçinin mövcud qanunvericilik çərçivəsində əlavə sosial təminat mexanizmlərindən yararlanması üçün imkanlar nəzərdən keçirilir.

Mədəniyyət və incəsənət xadimlərinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu sahədə tədbirlər ölkə rəhbərliyinin birbaşa nəzarəti altında davam etdirilir”.

Aktyorun dərmanlarla təminatı məsələsinə aydınlıq gətirmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə də müraciət etdik. TƏBİB-dən deyildi ki, məsələni araşdırmaq üçün quruma Allahverdi Yolçuyevin şəxsi məlumatları təqdim edilməlidir.

Qeyd edək ki, Allahverdi Yolçuyev müxtəlif illərdə H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında, Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Televiziya və radio sahəsində fəaliyyət göstərərək “Laylay”, “Göydən üç alma düşdü” və digər uşaq verilişlərinin aparıcısı və səsləndiricisi olub./“Qafqazinfo”

Xəbər 582 dəfə oxunub.




29.07.2025  16:40 

6-cı cinayətindən bəraət aldı

29.07.2025  15:08 

Bu şəxslərə vəzifə verildi

29.07.2025  12:59 

Sabah 41 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +