XİN Dohaya hücuma dair açıqlama yaydı
Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi


29.09.2023  12:14 

“Azərbaycanda QHT-lərin qiymətləndirilməsi üzrə tədqiqat işinin” nəticələrinin təqdimatı keçirilib





A+  A-

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi tərəfindən “QHT-lərin mövcud vəziyyətinin qiymətləndirilməsi üzrə tədqiqat işi” layihəsi həyata keçirilməkdədir.

Xəzərnews.az xəbər verir ki, layihənin nəticələrinin təqdimatı və müzakirəsi keçirilib.

Tədbirin açılışında “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Agentliyin Müşahidə Şurasının üzvləri - Zaur İbrahimov, İsrayıl İsgəndərov və Azər Allahverənov, QHT rəhbərləri çıxışlar ediblər.

Layihə çərçivəsində Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının fəaliyyətinin qiymətləndirilməsi məqsədi ilə onlayn sorğu, fərdi dərinləşdirilmiş müsahibələr keçirilib və fokus qrup müzakirələri icra olunub.

Tədqiqatda vətəndaş cəmiyyəti təşkilatlarının səmərəli fəaliyyəti üçün hüquqi və inzibati mühitin, insan resurslarına çıxış imkanlarının, maliyyə dayanıqlılığı və diversifikasiyasının, qərarlara təsir imkanının, media ilə əlaqələrinin qiymətləndirilməsi kimi mühüm məqamlar yer alıb.

Tədbirdə tədqiqat sənədinin nəticələri və tövsiyələri üzrə geniş diskussiyalar aparılıb, gəlinmiş nəticələr faydalı hesab olunub.



Xəbər 3181 dəfə oxunub.




09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +