Ukraynanın keçmiş xarici işlər naziri ölkəni niyə tərk edib?
İsrail Qəzzada atəşkəs təklifini qəbul etdi
“Azərpoçt“ adından vətəndaşlara qarşı dələdəuzluq
Kino Agentliyinin 792 minlik tenderi ləğv edildi
Bakı bulvarında dənizdən meyit tapıldı
Narkotik asılılığı olan məşhur jurnalist müalicəyə başladı
İran gəmiləri Rusiya limanlarında saxlanılıb
Məşhur turizm şirkətindən 500 minlik dələduzluq
Santuş Azərbaycan millisindən uzaqlaşdırıldı
“Manato“ bir günə 100 manat faiz hesablayır


27.10.2020  12:29 

Gürcüstan və Rusiyada koronavirusdan rekord ölüm





A+  A-

Gürcüstanda son sutka ərzində koronavirusdan 23 nəfərin həyatını itirməsi ilə xəstəlikdən gündəlik ölüm sayında daha bir rekord yaşanıb.
XəzərNews.az “StopCov” portalına istinadən xəbər verir ki, son 24 saatda 1 824 nəfərdə “COVID-19” aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxma halı 32 min 127-yə çatıb.

Sutka ərzində daha 23 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 238-ə çatıb. 1 262 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə sağalanların sayı isə 2 632-dir.

Rusiyada da son bir gündə 320 pasiyentin koronavirusdan vəfatı ilə gündəlik ölüm hallarında rekord rəqəm qeydə alınıb.

Koronavirusla mübarizə üzrə əməliyyat qərərgahının məlumatında qeyd edilir ki, 24 saat ərzində 16 min 550 nəfər yoluxub, 12 min 884 nəfər isə sağalaraq xəstəxanadan buraxılıb.

Ölkə üzrə ümumilikdə 1 milyon 547 min 774 insan koronavirusa yoluxub.

Xəbər 3666 dəfə oxunub.




08.09.2025  16:38 

Prezident fərman imzaladı

08.09.2025  14:38 

Laçında traktor dərəyə aşıb

08.09.2025  13:15 

Sabahın hava proqnozu açıqlanıb

08.09.2025  10:49 

Bakıda mikravtobus qəzaya düşdü

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi


BÜTÜN XƏBƏRLƏR +