XİN Dohaya hücuma dair açıqlama yaydı
Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi


22.10.2018  22:36 

“Dostum Azərbaycana gəlməyi tövsiyə etdi”+ VİDEO





A+  A-

“Bir neçə gündür ki, 1 saylı ASAN Xidmət Mərkəzində fəaliyyət göstərirəm. Mərkəzdə könüllülərin vətəndaşlarla necə rəftar etdiklərini müşayiət edirəm”.
XəzərNews.az xəbər verir, bu barədə AzTV-yə müsahibəsində dünyanın ən ağıllı robotu olan “Sofiya” bldirib.

“Sofiya” ölkəsinə qayıdandan sonra burada öyrəndiklərini hər kəslə paylaşacağını sözlərinə əlavə edib:

“Dostlarımın biri mənə Azərbaycana gəlməyi, məhz “ASAN” xidmət mərkəzində təcrübə keçməyi tövsiyə etdi. Bakı tarixi zəngin olan şəhərdir. “ASAN” xidmət barədə təəssüratlarım yüksək səviyyədədir. Burada hər şey çox sürətli və effektivdir. Eyni sənədləşmə bizdə də var. Müqayisə etsək, Azərbaycan bu istiqamətdə çox irəlidədir”.

Qeyd edək ki, prezident İlham Əliyev bu gün İmişli rayonuna səfəri çərçivəsində “ASAN Həyat” kompleksinin açılışında Azərbaycanda ilk dəfə olaraq keçiriləcək beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində ölkəmizdə səfərdə olan dünyanın ən ağıllı robotu “Sofiya” ilə görüşüb.

“Sofiya” ingilis və rus dilində sərbəst danışa, ünvanlanmış sualları məntiqə uyğun olaraq cavablaya bilir. Hətta onun öz şəxsi kredit kartı da mövcuddur. Ölkəmizə səfəri çərçivəsində “Sofiya” Heydər Əliyev Mərkəzinin səhnəsində Azərbaycan milli geyimində, elə qonaqları da Azərbaycan dilində salamlayacaq.

VİDEO

Xəbər 7769 dəfə oxunub.





09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +