Ötən il yetkinlik yaşına çatmayan neçə nəfər abort etdirib?
Türkiyə və Suriya hərbi əməkdaşlıq haqqında saziş imzaladı
Ana ağlayan körpəsinə narkotik vurub öldürdü
İlhamə Elşadqızı yenə həbsdə qaldı
Stomatoloqun fırıldağı ifşa olundu
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi
Nəcməddin Sadıkov Türkiyədə dindirilibmiş
Sabah hava yağışlı olacaq
İş adamı Süleyman Babayev həbs edilib
Biz İran kimi sarsaq deyilik ki... - O boyda Amerikaya kəllə ataq


02.10.2021  14:09 

AST Telmanın həbsinin təfərrüatları





A+  A-

AST Şirkətlər Qrupunun rəhbəri, bir vaxtlar Rusiyanın ən nüfuzlu iş adamlarından biri olan Telman İsmayılovun (“AST Telman”) Monteneqroda tutulmağı gözlənilməz oldu. Çünki 2017-ci ildə barəsində axtarış verilən, iki sifarişli qətldə və kredit öhdəliklərini yerinə yetirməməkdə günahlandırılan T.İsmayılov əvvəl Fransaya sığınmışdı, son illər isə Monteneqroda yaşayırdı və bu, Rusiyanın hüquq-mühafizə orqanları üçün sirr deyildi.

XəzərNews Musavat.com-a istinadən xəbər verir ki, T.İsmayılov qətldə və maliyyə fırıldaqlarında günahlandırılsa da, o, xaricdə özünə “siyasi səbəblər” tapa bilmişdi. İsmayılov iddia edir ki, onunla bağlı istintaq sifarişlidir və siyasidir. Bu məsələdə T.İsmayılovun tutarlı arqumentləri də olmamış deyil. Çünki T.İsmayılovun problemləri 2010-cu ilin payızında, Rusiya hakim elitası daxilində baş verən çəkişmələrdən, Moskvanın 18 illik meri, ölkə siyasətinin aparıcı fiqurlarından və hakim “Vahid Rusiya” Partiyasını yaradanlardan biri Yuri Lujkovun (vəfat edib) işdən qovulmasından sonra başlamışdı. Lujkov işdən çıxarılan kimi Kreml “qırğıları” ona qarşı kompromat müharibəsinə başladılar və sabiq merin himayə etdiyi iş adamları da hədəfə gəldi.

Burada isə T.İsmayılov ön sırada oldu. Lujkovun istefasından sonra onun T.İsmayılovla münasibətləri haqda geniş materiallar TV-lərə ötürüldü. Lujkov T.İsmayılovla əlbir olmaqda və uzun müddət onun “Çerkizovski” bazarında hökm sürən qanunsuzluqlara şərait yaratmaqda ittiham edildi. Bildirilirdi ki, Lujkovla dostluğundan istifadə edən “AST Telman” şirkətlərini vergidən yayındırıb. Lujkov siyasi səhnədən çəkilən kimi “Çerkizovski” bazarı bağlandı, T.İsmayılovun nəhəng biznesinin çöküşü başladı.

Bəs, niyə iş adamını indi həbs etdilər, onun Rusiyaya verilməsi nə qədər gözləniləndir?

T.İsmayılovun yaxın ətrafından olan bir şəxs Rusiyanın “Moskovskiy komsomelts” qəzetinə bu barədə danışıb. Onun dediyinə görə, T.İsmayılov gizlənmirdi və onun yerini hamı bilirdi: “Düşünürəm ki, onun indi həbsi kimlərinsə marağında olub. Şübhə yoxdur ki, bu, siyasi və yuxarıdan verilmiş qərardır”.

Onun sözlərinə görə, T.İsmayılov Monteneqroda villasında rahat yaşayıb, istədiyi vaxt şəxsi təyyarəsi ilə ölkənin hüdudlarını tərk edib. Bir neçə dəfə Fransaya və İsrailə gedib.

“Onun Rusiyanı tərk etməzdən əvvəl külli-miqdarda kredit öhdəliyi vardı. Əmlaklarının satışı son vaxtlaradək davam edirdi. Bütün obyektləri haqda ətraflı məlumatları və fotoşəkilləri Vahid Federal İflas Reyestrinin saytından tapmaq mümkündür”- deyə, o bildirib.

T.İsmayılovun İsrail vətəndaşı olduğunu xatırladan həmin şəxs deyib ki, iş adamı həmin ölkədən müdafiə istəyəcək.

“Ya da ora etap olunmağa çalışacaq. Məsələn, İsraildə əhəmiyyətsiz bir işin başlanmasını təşkil etməyə çalışacaq və istintaq hərəkətlərində iştirak etmək üçün oraya köçürülməsini istəyəcək”- deyə, o bildirib.

T.İsmayılovun həbsi barədə qərar ilk dəfə 2017-ci il oktyabrın 30-da verilib. O, həmin zaman artıq ölkədə deyildi və Fransaya yerləşmişdi. T.İsmayılov 2 qətldə təqsirləndirilirdi. “AST Telman” hazırda axtarışda olan qardaşı Rafiq İsmayılovla birgə iş adamı Vladimir Savkinin qətlində suçlanır. Həmin qətl 2016-cı ilin mayında baş verib. Savkinlə T.İsmayılovun qardaşının şərikli ticarət kompleksi olub. Sonradan şərikli biznes satılıb və 10 milyon dollar gəlir əldə olunub. Amma R.İsmayılov şərikinə çatmalı olan 5 milyon dolları verməyib.

İstintaqa görə, R.İsmayılov pulu Savkinə verməmək üçün onu aradan götürmək qərarına gəlib. Bunun üçün əvvəllər məhkum olunmuş Mehman Kərimova Savkinin qətli sifariş olunub. Hadisə zamanı Savkin təsadüfən biznesmen tanışı ilə birlikdə olduğundan killer onu da öldürüb.

Qətldən az sonra R.İsmayılov saxlanılsa da, o zaman “əli hər yerə çatan” qardaşı Telman hüquq-mühafizə orqanlarındakı əlaqələri sayəsində onu həbsdən buraxdırıb. Savkinin oğlunun davamlı şikayətlərindən sonra isə məsələyə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin qarışıb və yeni müstəntiq işin üstünü bir neçə günə açıb. T.İsmayılovun vəkili o zaman iddia edirdi ki, azərbaycanlı killer istintaqla danışığa gedib və müdafiə etdiyi iş adamına şər atır.

T.İsmayılova ikinci ittiham “Lyublino motors” şirkətinin təsisçisi Yuri Brilyovun öldürülməsi faktı ilə bağlıdır. Vəkili “AST Telman”ın şərləndiyini desə də, qardaşları “satan” təkcə həbsdə olan killer deyildi.

T.İsmayılovun əleyhinə ifadə verənlərdən biri də onun 15 il köməkçisi işləmiş Sergey Qavryuşin idi. Bildirilirdi ki, Qavryuşin İsmayılov qardaşlarına “kölgələri” qədər yaxın olduğundan ondan heç nə gizlətməyiblər və qurduqları planlardan onun da xəbəri olub. Qavryuşinin indi də dövlətin qoruması altında olduğu deyilir.

Qavryuşindən əvvəl isə İsmayılovların əleyhinə daha bir yaxın adamı-Harri Boleçerkovski ifadə vermişdi. Boleçerkovskinin iddiasına görə, sifarişli qətllər məhz 2000-2016-cı illərdə İsmayılov qardaşlarının iştirakı ilə törədilib.

Daha bir sensasion məqam isə T.İsmayılovun qanunsuz silah satışında əli olması ilə bağlıdır. Bu barədə o zaman da, indi də əlavə bilgi verilmir. Əgər bu ittiham da “AST Telman”ın yenilənmiş istintaqında ortaya atılarsa, onu “silah baronu” kimi heç bir ölkə müdafiə edə bilməyəcək. İstisna etmək olmaz ki, sözügedən ittiham məhz onu istənilən ölkədə həbs etmək üçün ortaya atıla bilərdi.


Xəbər 4269 dəfə oxunub.



13.08.2025  13:45 

Sabah hava yağışlı olacaq

13.08.2025  13:15 

Məşhur tiktoker qəzaya düşdü

13.08.2025  12:40 

Prezident bu qanunu təsdiqlədi

13.08.2025  11:25 

İran ballistik raketlər atdı

13.08.2025  11:14 

Bəzi rayonlara leysan yağdı

13.08.2025  11:05 

Qadınlar da avtobus sürəcək

13.08.2025  10:46 

Qusarda ana doğuşdan sonra ölüb

13.08.2025  10:25 

Bu ölkələr İranı HƏDƏLƏDİ

13.08.2025  10:00 

Ukrayna Rusiyaya PUA hücumu etdi


BÜTÜN XƏBƏRLƏR +