Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


04.05.2023  18:30 

Mübariz Qurbanlının oğlu məhkəməyə verildi





A+  A-

"Azəri-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti (ASC) "SIMTODAY” MMC və "Ulduz Taksi” MMC-ni məhkəməyə verib.

XəzərNews.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bank eyni zamanda Qurbanlı Mustafa Mübariz oğlu adlı şəxs barəsində iddia qaldırıb. Məhkəmə çəkişməsinin səbəbi kredit müqaviləsi üzrə mübahisələrdir.

Bankın iddiasına Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə baxılacaq.

"SIMTODAY” MMC 24 iyun 2015-ci ildə qeydiyyatdan keçib. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Dadaşov Ramin Rəşid oğludur.

"Ulduz Taksi” MMC 17 oktyabr 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5 AZN-dir. Şirkətin qanuni təmsilçisi Abdullayev Kamran Rəfail oğludur.

Qurbanlı Mustafa Mübariz oğluna gəlincə, o, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının kiçik oğludur.

"Azəri-Türk Bank” ASC-nin "SIMTODAY” və "Ulduz Taksi” şirkətləri ilə yanaşı Mustafa Qurbanlını da məhkəməyə verməsi diqqət çəkir. Belə qənaət formalaşır ki, onun bu şirkətlərlə hansısa bağlılığı var. Lakin buna dair açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

Xəbər 2802 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +