Lavrov: Moskva ciddi yanaşmanı dəstəkləyəcək
Sülh danışıqlarını dəstəkləyirik - Pezeşkian
Satıcı-anbardar həbs edilib - 50 min manat yeyinti
Diaspor Komitəsinin səsini eşitməmişəm – Səfər Alışarlı
Görüşləri bir saat yarım davam edib
18 yaşlı gənc göldə boğuldu - Lənkəranda
Güclü küləklə bağlı sarı xəbərdarlıq verilib
Fətulla Mustafayev işçilərdən pul tələb edir - İDDİA
Diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı
Pezeşkianla Paşinyan arasında görüş başlayıb


19.04.2023  14:13 

Qanunsuz fəaliyyət göstərən taxta emalı sexləri...





A+  A-

Baş İctimai Təhlükəsizlik İdarəsi və Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər zamanı rayon ərazisində qanunsuz fəaliyyət göstərən taxta emalı sexləri aşkar edilib.

XəzərNews.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadla xəbər verir ki, yoxlamalar zamanı Elnur Beydullayevə məxsus Kürdəmiş kəndində yerləşən taxta emalı sexinə baxış keçirilərkən oradan 4 ədəd dəzgah, 1177 ədəd taxta yeşik, qoz və qovaq ağaclarının gövdələri aşkarlanıb.

Davam etdirilən tədbirlərlə rayonun Cəyirli kəndində də qanunsuz olaraq fəaliyyət göstərən daha 2 taxta emal edən sex müəyyən edilib. Belə ki, Əli Mahmudovun işlətdiyi sexdən 2 ədəd dəzgah, 1200 ədəd taxta yeşik, qovaq ağacının hissələri, Alim Əhmədova məxsus sexdən isə iki elektrik mişarı, qovaq, fıstıq və qoz ağaclarından hazırlanmış taxta yeşiklər aşkarlanıb.

Faktlarla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Xəbər 2414 dəfə oxunub.




19.08.2025  12:18 

Yataqxanada yanğın oldu

19.08.2025  11:03 

Diana Əhədpur BOŞANIR?


BÜTÜN XƏBƏRLƏR +