Hansı ölkələr Ukraynada öz qoşunlarını yerləşdirə bilər?
“Tender kralı” Cəlilabadda yarım milyonluq tender uddu
Sabiq məmur və arvadının əmlakına həbs qoyuldu
Deputatın qardaşı Ukraynada öldürüldü
Əməliyyat zamanı həkim xəstənin çılpaq görüntülərini yaydı
Nazirlik rəsmiləri sahibkarlardan necə pul alıblar?
Onlar “Teleqraf“dan getdilər
Prezident “Qaz təchizatı haqqında” qanunu təsdiqlədi
Putin Zelenski ilə görüşməyə razılıq verdi - Rubio
Lavrov: Moskva ciddi yanaşmanı dəstəkləyəcək


15.11.2021  16:17 

Paşinyan: “Azərbaycan ordusu şərq sərhədlərimizdən içəri daxil olub“





A+  A-

Ermənistan Baş naziri Nikol Paşinyan bu gün bəyan edib ki, Azərbaycan ordusu Ermənistanın şərq sərhədlərindən içəri daxil olub.

XəzərNews.az BBC News Azərbaycanca-ya istinadən xəbər verir ki, o bunu bazar ertəsi bu məlumatla bağlı çağırdığı Təhlükəsizlik Şurasının iclasında deyib.

Paşinyanın bu dediklərinə Azərbaycan Müdafiə Nazirliyindən cavab almaq mümkün olmayıb.

Bu səhər Azərbaycan Kəlbəcər istiqamətində Ermənistan hərbçilərinin Azərbaycan hərbi mövqelərini intensiv atəşə tutduğunu bildirib.

Ermənistan Baş naziri həmin iclasda müdafiə naziri Arşak Karapetyanı vəzifəsindən azad edib və onun yerinə baş nazirin müavini Suren Papikyanı təyin edib.

Paşinyan deyib ki, "Azərbaycan ordusunun Ermənistanın şərq sərhədlərindən içəri daxil olması" məsələsi dünəndən bəri hökumət rəsmiləri ilə müzakirə edilir:

"Müzakirə mövzusu Azərbaycan qoşunlarının Ermənistan-Azərbaycan sərhədinin şərq hissələrinin birində Ermənistan ərazisinə müdaxiləsi faktı olub. Bu günkü iclasın məqsədi müzakirələrimizi yekunlaşdırmaq, eləcə də baş vermiş hadisələr haqqında ictimaiyyətimizə tam məlumat verməkdir".

İclasda TŞ üzvlərindən başqa, parlamentin sərdi Alen Simonyan, Baş nazir administrasiyasının rəhbəri Arayik Harutyunyan və iqtidar Vətəndaş Müqaviləsi parlament fraksiyasının rəhbəri Hayk Koncoryan iştirak ediblər.

"Biz, həmçinin, vəziyyəti araşdırıb və bir neçə istiqamətdə Ermənistanın təhlükəsizliyi, ərazi bütövlüyü və suverenliyinin müdafiəsinə yönəlmiş qərarlar qəbul etməyə çalışarıq", - Ermənistanın Baş naziri bəyan edib.

Xəbər 3470 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.08.2025  16:15 

Onlar “Teleqraf“dan getdilər

19.08.2025  12:18 

Yataqxanada yanğın oldu


BÜTÜN XƏBƏRLƏR +