Hansı ölkələr Ukraynada öz qoşunlarını yerləşdirə bilər?
“Tender kralı” Cəlilabadda yarım milyonluq tender uddu
Sabiq məmur və arvadının əmlakına həbs qoyuldu
Deputatın qardaşı Ukraynada öldürüldü
Əməliyyat zamanı həkim xəstənin çılpaq görüntülərini yaydı
Nazirlik rəsmiləri sahibkarlardan necə pul alıblar?
Onlar “Teleqraf“dan getdilər
Prezident “Qaz təchizatı haqqında” qanunu təsdiqlədi
Putin Zelenski ilə görüşməyə razılıq verdi - Rubio
Lavrov: Moskva ciddi yanaşmanı dəstəkləyəcək


25.04.2021  21:27 

Qarabağda Rusiya sülhməramlıları ermənilərin basdırdığı minaya düşdü





A+  A-

Rusiyanın iki sülhməramlısı Qarabağda yaralanıb.
XəzərNews.az "Lenta.ru"- ya istinadən xəbər verir ki, bu barədə "Hərbi müşahidəçi" Telegram-kanalı məlumat yayıb.

Qeyd edilir ki, sülhməramlılar onları daşıyan "Ural" markalı avtomobilin minaya düşməsi nəticəsində yaralanıblar. Hadisə hələlik rəsmən təsdiqlənməyib.

Qeyd edək ki, Qarabağda hərbi əməliyyatlar 2020-ci ilin 10 noyabrında Azərbaycan Ordusunun 44 günlük müharibədəki parlaq qələbədən sonra dayanıb. Belə ki, Ermənistan hakimiyyəti öz ordusunun ardıcıl məğlubiyyətindən sonra noyabrın 10-da Üçtərəfli Bəyanat imzalamağa məcbur olub. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları bəyanata əsasən ikinci Qarabağ müharibəsi başa çatıb və döyüşlər dayandırılıb. Lakin müharibənin başa çatmasından 5 aydan çox vaxt keçməsinə baxmayaraq, Ermənistan razılaşmanın müddəalarını kobud şəkildə pozaraq, minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina edir.

Xatırladaq ki, bu, Rusiya hərbçilərinin Qarabağda ermənilərin basdırdığı minaya düşmələri ilə bağlı ilk hadisə deyil.

Xəbər 3289 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.08.2025  16:15 

Onlar “Teleqraf“dan getdilər

19.08.2025  12:18 

Yataqxanada yanğın oldu


BÜTÜN XƏBƏRLƏR +