Lavrov: Moskva ciddi yanaşmanı dəstəkləyəcək
Sülh danışıqlarını dəstəkləyirik - Pezeşkian
Satıcı-anbardar həbs edilib - 50 min manat yeyinti
Diaspor Komitəsinin səsini eşitməmişəm – Səfər Alışarlı
Görüşləri bir saat yarım davam edib
18 yaşlı gənc göldə boğuldu - Lənkəranda
Güclü küləklə bağlı sarı xəbərdarlıq verilib
Fətulla Mustafayev işçilərdən pul tələb edir - İDDİA
Diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı
Pezeşkianla Paşinyan arasında görüş başlayıb


02.04.2021  13:26 

Avropada da məktəblər bağlanır





A+  A-

Avropada peyvəndləmə kampaniyasının gecikməsi fonunda bir çox ölkələrdə yoluxmaların sayı artır.
XəzərNews.az xəbər verir ki, bu barədə BBC-nin məlumatında deyilir. Buna görə də mümkün üçüncü dalğanın qarşısını almaq məqsədilə hökumətlər sərt qapanmaları yenidən geri qaytarırlar.

Fransa ən azı aprelin sonunadək məsafədən təhsilə keçir

Avropanın ən böyük üçüncü ölkəsi olan Fransada sayca üçüncü qapanma qüvvəyə minir və bununla da məktəblər bağlanır. Ölkədə yeni məhdudiyyətlər tətbiq olunur. Gələn həftədən etibarən məktəblər bağlanır və ən azı aprelin 26-dək məsafədən təhsilə keçirilməsi planlaşdırılıb. Bütün ölkə ərazisində saat 19:00 – 06:00 aralığında komendant saatı tətbiq olunduğu üçün vətəndaşlara yaşadıqları ərazini tərk edərək uzaq məsafəyə getmək qadağan olunur.

İtaliya növbəti dəfə məktəbləri bağlayır

İtaliyada da eyni vəziyyət yaşanmaqdadır. Belə ki, Pasxa ərəfəsində ölkə tamamilə qapanmaya gedir. Roma və Milan şəhərləri də daxil olmaqla, ölkənin çox böyük bir hissəsində mağaza, restoran və məktəblər bir daha bağlanır və 3 gün (3-5 aprel tarixlərində) ölkə ərazisinin hər yerində tamamilə qapanma qüvvəyə minir. İnsanlardan işə getmək, səhhətlərində yaranmış problemlər və çox vacib hallardan başqa evdən çıxmamaq ciddi şəkildə tələb edilir.

Sloveniyada məktəblər 10 gün bağlı olacaq

Sloveniyada 1 apreldən 11 aprelə qədər bütün uşaq bağçaları, məktəblər və universitetlər fəaliyyət göstərməyəcək. Xidmət sektoru müəssisələrindən ərzaq dükanları, apteklər, banklar, poçt şöbələri, yanacaqdoldurma məntəqələri və avtomobil xidmətləri fəaliyyətinə davam edə biləcək. Eyni ailənin üzvü olmayan insanların hər hansı yığıncaq və görüş keçirməsi qadağandır. Ölkədə saat 22: 00-dan 05:00-dək tətbiq olunan komendant saatı da qüvvədə qalır.

Moldova hökuməti də məhdudiyyətlərə gedir

Moldova hökuməti koronavirus epidemiyası ilə əlaqədar elan olunan fövqəladə vəziyyət dövründə tətbiq olunacaq məhdudiyyətlərin siyahısını açıqlayıb.

Ölkənin ən böyük şəhərləri - Kişinyov və Belsıda 3 aprel tarixindən etibarən saat 23: 00-dan 05: 00-a qədər komendant saatı tətbiq olunacaq. Xüsusi hallar və icazə olmadan vətəndaşlara yaşadıqları evi və həyəti tərk etmək qadağan olunacaq. Həmçinin son 14 gündə 100 min nəfərə 100-dən çox yoluxma göstəricisi olan yaşayış məntəqələrindəki universitetlər və məktəblər distant təhsil rejiminə keçəcək. Fövqəladə vəziyyət rejimi 30 may tarixinə qədər qüvvədə qalacaq.

Ukraynanın paytaxtı Kiyevdə aprelin 5-dən yeni məhdudiyyətlər qüvvəyə minir

Kiyev meri Vitali Kliçko aprelin 5-dən etibarən paytaxtda məktəblərin, uşaq bağçalarının bağlanması və ictimai nəqliyyata çıxışı məhdudlaşdırılması ilə sərt məhdudiyyətlərin tətbiq olunacağını açıqlayıb. Məhdudiyyətlərin ən az 16 aprelə qədər davam edəcəyi planlaşdırılır. Bütün ictimai nəqliyyat - həm yerüstü, həm də metro həyati əhəmiyyətli müəssisələrin işçiləri üçün xüsusi icazə sistemi ilə işləyəcək.

Xəbər 3380 dəfə oxunub.




19.08.2025  12:18 

Yataqxanada yanğın oldu

19.08.2025  11:03 

Diana Əhədpur BOŞANIR?


BÜTÜN XƏBƏRLƏR +