Lavrov: Moskva ciddi yanaşmanı dəstəkləyəcək
Sülh danışıqlarını dəstəkləyirik - Pezeşkian
Satıcı-anbardar həbs edilib - 50 min manat yeyinti
Diaspor Komitəsinin səsini eşitməmişəm – Səfər Alışarlı
Görüşləri bir saat yarım davam edib
18 yaşlı gənc göldə boğuldu - Lənkəranda
Güclü küləklə bağlı sarı xəbərdarlıq verilib
Fətulla Mustafayev işçilərdən pul tələb edir - İDDİA
Diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı
Pezeşkianla Paşinyan arasında görüş başlayıb


18.07.2020  13:11 

Tovuzda şəhid olanların ailəsinə Prezident təqaüdü veriləcək





A+  A-

Tovuz rayonunda düşmən hücumunun qarşısını alarkən şəhid olmuş hərbi qulluqçuların ailələrinin sosial müdafiəsi məqsədilə müvafiq tədbirlər görülür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, şəhidlərin ailələrinə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdlərinin, həmçinin pensiya hüququ olmayan ailə üzvlərinə aylıq müavinətlərin, ailə başçısını itirməyə görə müvafiq sosial təminat ödənişlərinin təyinatı istiqamətində işlər görülüb.

Nazirliyin Xətai, Sumqayıt, Tovuz, Qazax, Ağstafa, Biləsuvar, Masallı və İsmayıllı şəhər və rayon bölmələrinin rəhbər şəxsləri şəhidlərin ailələri ilə görüşüb, onlara dövlətin daim dəstəyi ilə əhatə olunacaqları bildirilib.

Eyni zamanda, onlara dövlət məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri barədə məlumat verilib. Şəhidlərin ailə üzvlərindən işsiz olan şəxslərin özünüməşğuluq proqramına cəlb edilmək üçün potensialları müəyyən edilib. Onların proqram çərçivəsində kiçik ailə təsərrüfatlarını yaratmaları məqsədilə müvafiq işlərə başlanılıb. Həmçinin həmin şəxslərdən bir qismi istəklərinə uyğun olaraq ödənişli ictimai işlərə və digər aktiv məşğulluq tədbirlərinə cəlb edilmələri üçün qeydiyyata götürülüblər.

Qarşıdakı dövrdə şəhidləriin ailələrinin sosial vəziyyəti diqqətda saxlanılacaq, müvafiq dəstək tədbirləri ilə əhatə olunacaqlar.

Xəbər 3797 dəfə oxunub.




19.08.2025  12:18 

Yataqxanada yanğın oldu

19.08.2025  11:03 

Diana Əhədpur BOŞANIR?


BÜTÜN XƏBƏRLƏR +