Ərəb turistlər Azərbaycan xalqından üzr istədi
Azərbaycanlı jurnalist təltif olundu
Prezident və birinci xanım Gəncədə...
Niyaməddin Orduxanlı Baş katib təyin olunub
Məşhur milyarder oğluna Azərbaycanda toy edəcək
Şıxlinskinin oğlunu 10 il həbs gözləyir
Qız şəkilləri bəyənən kişini sevgilisi döydü
“Kontakt Home”nin “Qızıl Zəmanət”i müştəriləri tələyə salıb
Sabah hava necə olacaq?
“Azərsu“nun dövlətə külli miqdarda vergi borcu yarandı


17.06.2020  14:11 

Koronavirus peyvəndinin qiyməti ilə bağlı - Açıqlama





A+  A-

Oksford Universiteti tərəfindən inkişaf və "AstraZeneca” şirkəti tərəfindən istehsalı planlaşdırılan koronavirus peyvəndi barədə detallar açıqlanıb.
XəzərNews.az “Reuters”ə istinadən xəbər verir ki, “AZD1222” adlı koronavirus peyvəndi sınaqlarının davam etməsinə baxmayaraq, indidən bir çox ölkə və şirkətlər peyvəndə ciddi maraq göstərib.

Peyvəndin maya dəyərinin 2,5 avro təşkil edəcəyi və istehsal edəcək şirkətin pandemiya dövründə peyvənddən gəlir qazanmağı planlaşdırmadığı açıqlanıb. Bununla çatdırılma və digər xərclər əlavə olunmaqla peyvəndin maya dəyərində tədarük olunacağı gözlənilir. “AZD1222” vaksininin təsir müddətinin 1 il olduğu və mövsümi olaraq istifadə oluna biləcəyi bildirilib.

Hazırda Böyük Britaniyada sınaqların sonuncu mərhələsində olan peyvəndin əvvəlki sınaq mərhələləri Braziliya və ABŞ tərəfindən təsdiqlənib. Sonuncu mərhələnin avqust ayında başa çatacağı, satışların və çatdırılmanın ilk növbəsinin isə sentyabr-oktyabr ayında başlanacağı gözlənilir.

2020-ci ilin sonuna qədər peyvəndin 2,1 milyard tək istifadəlik dozasının istehsal edilməsi hədəf qoyulub.

Xəbər 3467 dəfə oxunub.




20.08.2025  16:16 

“Respublika” qəzeti bağlandı

20.08.2025  12:45 

Sabah hava necə olacaq?

20.08.2025  12:33 

Xalq artisti qızını polisə verdi


BÜTÜN XƏBƏRLƏR +