Prezident “Qaz təchizatı haqqında” qanunu təsdiqlədi
Putin Zelenski ilə görüşməyə razılıq verdi - Rubio
Lavrov: Moskva ciddi yanaşmanı dəstəkləyəcək
Sülh danışıqlarını dəstəkləyirik - Pezeşkian
Satıcı-anbardar həbs edilib - 50 min manat yeyinti
Diaspor Komitəsinin səsini eşitməmişəm – Səfər Alışarlı
Görüşləri bir saat yarım davam edib
18 yaşlı gənc göldə boğuldu - Lənkəranda
Güclü küləklə bağlı sarı xəbərdarlıq verilib
Fətulla Mustafayev işçilərdən pul tələb edir - İDDİA


14.05.2018  13:54 

Meyitdən orqan transplantasiyası REALLAŞIR...





A+  A-

“Meyitdən orqan transplantasiyası üçün “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişikliklər ediləcək. Artıq bununla bağlı Milli Məclisin Səhiyyə komitəsində işçi qrup yaradılıb”.
XəzərNews.az bildirir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

Deputat bildirib ki, meyitdən orqan transplantasiyası ilə bağlı artıq ilkin təkliflər hazırlanıb.

“Bu həftənin sonunda işçi qrupu toplanacaq və qanuna ediləcək əlavə və təkliflərə baxılacaq. Qanun təkmilləşdirildikdən sonra hökumətə təkliflər veriləcək. Hökumət isə meyitdən orqan götürülməsinin qaydalarını, mexanizmlərini hazırlayacaq və orqan transplantasiyasını həyata keçirəcək müvafiq klinikalar müəyyənnləşəcək. Hazırda “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun üzərində iş gedir”.

Musa Quliyev qeyd edib ki, meyitdən orqan transplantasiyasını ölkəmizdə fəaliyyət göstərən dövlət və özəl klinikaları həyata keçirəcək.

“Bu əməliyyatın isə hansı klinikalarda keçiriləcəyini Nazirlər Kabineti müəyyənləşdirəcək”.

Xəbər 2913 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.08.2025  12:18 

Yataqxanada yanğın oldu

19.08.2025  11:03 

Diana Əhədpur BOŞANIR?


BÜTÜN XƏBƏRLƏR +