Prezident “Qaz təchizatı haqqında” qanunu təsdiqlədi
Putin Zelenski ilə görüşməyə razılıq verdi - Rubio
Lavrov: Moskva ciddi yanaşmanı dəstəkləyəcək
Sülh danışıqlarını dəstəkləyirik - Pezeşkian
Satıcı-anbardar həbs edilib - 50 min manat yeyinti
Diaspor Komitəsinin səsini eşitməmişəm – Səfər Alışarlı
Görüşləri bir saat yarım davam edib
18 yaşlı gənc göldə boğuldu - Lənkəranda
Güclü küləklə bağlı sarı xəbərdarlıq verilib
Fətulla Mustafayev işçilərdən pul tələb edir - İDDİA


21.02.2018  23:53 

Riyad Əliyevə 30 sutka verildi - Polisə yumruq vurub





A+  A-

Bir neçə gün öncə Bakıxanov qəsəbəsində Yol Patrul Xidməti əməkdaşları tərəfindən içərisində Riyad Əliyevin olduğu “Mercedes S-65 AMGL” avtomobili saxlanılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Haqqin.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Avtomobilin şüşələrinin qanunla qadağan olunmuş “plyonkalı” olması polislərin diqqətindən qaçmayıb. Hüquq-mühafizə orqanlarının vəzifəli şəxsləri sürücüdən sənədlərini təqdim etməyi tələb etdiyi halda, maşından düşən sərnişin polislə mübahisə etməyə və qanuni tələblərə müqavimət göstərməyə başlayıb. Həmin şəxs yol polisi əməkdaşına yumruq zərbəsi də vurub.

Daha sonra sərnişinin R. Əliyev olduğu məlum olub.

R.Əliyevin hərəkətlərinə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Yasamal Rayon Məhkəməsinə göndərilib. Bu gün məhkəmə qərarına əsasən ona 30 sutka inzibati həbs verilib.

Qeyd edək ki, həbs olunan R.Əliyev Azərbaycan prezidenti İlham Əliyevin əmisi nəvəsidir.

R.Əliyevin atası İlqar Əliyevə məxsus və həbs olunan sözügedən oğlunun adını daşıyan "Riyad" təhlükəsizlik xidmətinin ötən ilin ortalarında şəhərdə fəaliyyət göstərən marketlərin birinə qanunsuz basqın etdiyi üçün 20 əməkdaşı barəsində həbs qərarı verilmiş, həmin şirkət isə ləğv edilmişdi.

Xatırladaq ki, dövlət başçısı İlham Əliyev dəfələrlə vəzifəli şəxslərin övladlarının nizam-intizama riayət etməsinin vacib olduğunu vurğulayıb. Prezident xüsusilə avtomobillərin "plyonkalı" idarə edilməsinə qarşı barışmaz mövqe göstərir.



Xəbər 3366 dəfə oxunub.




19.08.2025  12:18 

Yataqxanada yanğın oldu

19.08.2025  11:03 

Diana Əhədpur BOŞANIR?


BÜTÜN XƏBƏRLƏR +