32 ədəd şokaladın içində 240 qram qızıl...
Almaniyaya qaçaq gedən qızı TIR-da zorladılar
DİN kibercinayət statistikasını niyə dayandırdı?
Rusiya Xarkovda laboratoriyanı atəşə tutdu: Radiasiya təhlükəsi
Mobil operatorlar 8 ayda 825 milyon manat qazanıb
Putinin reytinqi 82 faizə yüksəlib - SORĞU
Əhalinin sayı açıqlandı - Azərbaycanda
TƏBİB və İTSDA-dakı yoxlamalar təsdiqləndi - Açıqlama
Kiyevdə ana və qızının meyiti tapılıb
Rubl çökür, Pesakov isə “vəziyyət sabitdir” deyir


09.08.2021  15:58 

“Payızda yoluxmaların artımını proqnozlaşdıra bilərik”





A+  A-

“Peyvəndin hər iki dozasını almış şəxslər qorunmuş hesab olunur. Düzdür, peyvəndlərin özləri də koronavirusdan yüz faiz qorumur və yeni mutasiya olunmuş variantlar yaranır. Amma hər halda müəyyən qoruculuq qabiliyyəti- immunitet əmələ gəlib ki, insan yoluxduğu halda belə, onun üçün xoşagəlməz nəticələr olmayacaq”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov REAL TV-yə müsahibəsində deyib. O bildirib ki, klassik ştammla müqayisədə peyvəndlərin təsir gücü bir qədər aşağıdır: “Bu gün mövcud olan bütün peyvəndlər istənilən ştammdan qoruya bilir. Sadəcə fərqlər onların qoruyuculuq faizlərindədir. Ölkədə epidemioloji zənciri qırmaq üçün əhalinin təxminən 70-80 faizində immunitet olmalıdır. Bu zaman biz yenidən yoluxma hallarının sayının azalmasının şahidi ola bilərik.

Nəzərə alsaq ki, soyuq aylarda respirator virus infeksiyalarına yoluxma hallarında artım qeydə alınır. Buna da infeksiyanın fəsilliyi deyilir. COVID-19 infeksiyasının fəsilliyi haqqında danışmaq hələ tezdir. Çünki pandemiyanın başlanmasından cəmi bir il yarım keçib. Bunu zaman göstərəcək ki, həmin infeksiya həqiqətən fəsillik xarakterlidir, yoxsa yox.

Soyuq aylarda insanların həyat tərzində dəyişiklik odur ki, insanlar daha çox qapalı yerlərdə olurlar və burada təmaslar sıx olur. Nəticədə yoluxma şansı daha çox artır. Buna görə də payız aylarında yoluxma hallarının artımını proqnozlaşdıra bilərik. Nəzərə almaq lazımdır ki, burada əngəlləyici faktor vaksinasiya prosesidir.

Bugünkü gün trend o deyil ki xəstələnənlərin sayı artır, trend odur ki, nə qədər insan xəstəxanalara yerləşdirilir, nə qədər insan xəstəliyi ağır formada keçirir və vəfat edir. Vaksinasıyanın əhatə dairəsi artdıqca bu göstəricilərdə də dəyişiklik olacaq”.

Xəbər 4834 dəfə oxunub.



11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +