Bu halımızla bizə mədəniyyət ölkəsi demək...
Daha çox şikayət olunan internet provayderləri - SİYAHI
Astarada mal-qara arasında dabaq xəstəliyi yayılıb
TƏBİB deputatın oğluna 392 min ödəyəcək
“Karvan”da kabab yeməyə gəlmişdiz? - Aparat rəhbərinə sual
“Bank VTB“nin müştərisi azaldı
Nazirliyin səlahiyyətlərindən biri ləğv edildi - Sərəncam
Bakıda məşhur həkim xəstəni zorla xəstəxanadan çıxarıb?
Aparıcı ilə “Kontakt Home“nin 8 qəpik borc qalmaqalı - VİDEO
Baş nazir taksilərin sayı ilə bağlı qərar verdi


13.10.2025  17:06 

Rəşad Dağlı əfv oluna bilərmi?





A+  A-

Azərbaycanda əfv sərəncamları adətən əlamətdar günlərdə, xüsusi ilə də bayramlar ərəfəsində imzalanır. Bunun üçün isə bir neçə ay əvvəldən hazırlıqlar başlanılır. Əfvlə bağlı müraciət edən məhbuslardan, onların yaxınlarından ərizələr yığılır, Prezident yanında Əfv Məsələləri Komissiyasının iclasları keçirilir, müraciətlərə baxılır, siyahı tərtib olunur və dövlət başçısına təqdim edilir.

Mətbuatda və sosial şəbəkələrdə dərc olunan xəbərlərə görə, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və ya Yeni il bayramları ilə əlaqədar, qışda dövlət başçısı tərəfindən əfv sərəncamı imzalana bilər.

XəzərNews.az Yenisabah-a istinadən xəbər verir ki, hazırda bir çox insan tərəfindən əfvi arzulanan tanınmış simalardan biri də meyxanaçı Rəşad Əmirovdur (Dağlı). Tanınmış söz sənətçisi 2022-ci ilin 9 noyabr tarixində şəxsi mübahisə zəminində Bakının Qaradağ rayonunda qonşusu İskəndər Mehtiyevi ürəyindən 14 bıçaq zərbəsi ilə qətlə yetirmişdi. Rəşad Dağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 9 il 6 ay azadlıqdan məhrum edilib.

"Əfvetmə haqqında Əsasnamə"yə əsasən əfv sərəncamı bir qayda olaraq, məhkumların aşağıdakı vəziyyətlərinə görə verilə bilər:

8.2. az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı üçdə bir hissəsini çəkdikdən sonra;

8.3. ağır və xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı yarısını çəkdikdən sonra;

8.4. ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs barədə – cəzanın on il müddətini çəkdikdən sonra;

8.5. məhkumluğun götürülməsi barədə – məhkum olunmuş şəxs cəzanı çəkdikdən sonra.

Qanunvericilikdə də öz əksini tapdığı kimi, meyxanaçı Rəşad Dağlı ona verilmiş həbs cəzasının ən az 1/2-ni çəkməlidir. Hazırda onunla bağlı məhkəmə hökmünün verilməsindən 2 il 3 ay ötüb. Bu isə o deməkdir ki, gözlənilən əfv sərəncamı tanınmış meyxanaçıya şamil olunmayacaq.

Xəbər 4748 dəfə oxunub.




14.10.2025  17:26 

Sabiq başçı həbsdə qaldı -FOTO

14.10.2025  11:40 

İcra başçısı vəfat etdi -FOTO

14.10.2025  11:23 

Baş nazir əmr imzaladı


BÜTÜN XƏBƏRLƏR +