Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi
ABŞ Rusiya, Çin və İrana qarşı olan layihədən çıxır?
Zelenski: Putin hazırda zəif vəziyyətdədir
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü
İçkili halda uşaq doğan ana onu pəncərədən küçəyə atdı
Xəstənin 40 minini alıb, tort kəsib lağa qoydular
Evlərdən oğurluq edən şəxslər saxlanıldı
Sumqayıt-Bakı istiqamətində yol 1 saat bağlı olub


20.12.2023  15:59 

“Başqa seçimimiz qalmamışdı“ - Hikmət Hacıyev





A+  A-

Prezident Co Bayden administrasiyasının üzvləri Ağ Evin Azərbaycan-Ermənistan arasında çətin və strateji baxımdan həyati əhəmiyyət kəsb edən sülh danışıqlarında vasitəçilik rolunu oynaya bilməsi üçün fərqli münasibət göstərməlidirlər.

Xəzərnews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Newsweek"ə müsahibəsində bildirib.

Hikmət Hacıyev deyib ki, Amerikanın onillər boyu davam edən Qarabağ münaqişəsi ilə bağlı əlaqəsiz mövqeyi Bakıda narahatlığa səbəb olub.

Prezidentin köməkçisi ABŞ-nin Azərbaycana qarşı tətbiq etdiyi 907-ci düzəlişdən də bəhs edib: "Bakı 907-ci düzəlişi anlaşılmaz və ABŞ Konqresinin tarixində ən ədalətsiz düzəlişlərdən biri hesab edir. Azərbaycanın heç bir xarici yardıma, dəstəyə ehtiyacı yoxdur. Azərbaycan özünü təmin edən ölkədir. Amma burada psixoloji aspekt və siyasi aspekt çox vacibdir, çünki bu, Azərbaycana qarşı ədalətsiz münasibət idi".

O, həmçinin qeyd edib ki, sentyabr ayındakı antiterror əməliyyatı Moskva ilə razılaşdırılmayıb: "Bu, erməni tərəfinin növbəti yalançı rəvayətidir. Bu əməliyyatın başlaması üçün heç bir planımız yox idi. Amma başqa seçimimiz qalmamışdı".

Xəbər 2518 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.09.2025  16:38 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +