Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


20.05.2021  21:29 

Paşinyan sərhədlərlə bağlı yayılan sənədi təsdiqlədi





A+  A-

"Ermənistanın nəzarəti altında vaxtilə Sovet Azərbaycanın tərkibində olan ərazilər var və indi də Azərbaycanın tərkibində olan Sovet Ermənistanının əraziləri var. Bu məsələlər üçtərəfli komissiyanın köməyi ilə həll olunmalıdır".
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan müvəqqəti olaraq parlamentdəki çıxışı zamanı bildirib.

Xatırladaq ki, Qazax rayonunun yeddi kəndi və Naxçıvanın Kərki kəndi Ermənistanın nəzarətindədir.

Paşinyan parlamentdə bu dəqiqələrdə də davam edən çıxışı zamanı deyib ki, müxalifətin açıqladığı üçtərəfli razılaşma mətni həqiqətən mövcuddur və son 2 gündə işçi formatda tərəflər arasında müzakirə olunur.

Bu sənəddə Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyasına və delimitasiyasına dair məsələləri həll etmək üçün üçtərəfli işçi qrupunun yaradılmasından söhbət gedir. Paşinyan deyib ki, Azərbaycanla Ermənistanın delimitasiya və demarkasiya aparılmalı olan sərhədləri yoxdur. Və əgər indiki situasiya (Garagöl ətrafındakı vəziyyət) həll edilsə belə, gələcəkdə analoji situasiya yarana bilər.

“Biz yenə də beynəlxalq hay-küy qaldırmaq yolu ilə getməliyik? Sonda biz məlum hadisələrdən (müharibədən) sonra elə situasiya ilə üzləşmişik ki, bunu idarə etmək lazımdır. Ona görə də bu məsələlərlə məşğul olmaq üçün üçtərəfli komissiyanın yaradılması təklifi meydana çıxdı”, - Paşinyan bildirib.

O, qeyd edib ki, sənəddəki mühüm bənd tərəflərin situasiyanı qoşunların hərəkəti yolu ilə deyil, ancaq diplomatik yolla həll edəcəyi barədədir. Azərbaycanla diplomatik münasibətlər olmadığından Yerevan bu komissiyanın üçtərəfli olmasını istəyir.

Xəbər 4544 dəfə oxunub.




05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +