Ağdərədə yanğın törədən şəxslər saxlanılıb
Kikboksçu qadın restoranda həmcinsini niyə döyüb?
Səfirimiz geri çağrıldı
Qazaxıstanda həbslər: Nazir və iş adamı saxlanıldı
Azərbaycanda hava yağışlı keçəcək - Sabah
Gəliri bir ildə 20 milyon manat azalıb
“İş bağlanıb, hara istəyirsən şikayət elə!”
Rusiya paraflanmış sazişə nikbin yanaşır - Overçuk
Overçuk Azərbaycanda saxlanılan ruslardan danışdı
DİM yeni tələbə olanlara müraciət etdi


21.05.2020  13:57 

Biləsuvar olaylarının Səmədabad “bölümü” olacaqmı?





A+  A-

Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyevin həbsindən sonra indi də nəzərlər Səmədabad kəndinə dikilib. Lakin bu dəfə DTX deyil, sakinlərin özləri Səmədabad kənd bələdiyyəsinin sədri Hidayət Həsənovun qanunsuz hərəkətlərindən artıq cana doyduqlarını dilə gətirirlər. Məsələ ilə bağlı bir qrup kənd sakininin redaksiyamıza ünvanladığı müraciətdə bildirilir ki, sabiq icra başçısı Mahir Quliyevin yaxın adamlarından biri kimi tanınan bələdiyyə sədri Hidayət Həsənov onlara məxsus torpaqların əllərindən məcburi alınmasında birbaşa iştirak edib və hazırda da vəzifəsindən kənarlaşdırlmasına baxmayaraq, qanunlara əks gələrək bələdiyyənin möhür və ştampını təhvil vermək istəmir. Aidiyyatı qurumlar isə hələ ki, məsələyə heç bir reaksiya verməyib.
Müraciət müəlliflərinin iddiasına görə, əsas məşğuliyyətləri əkinçilik və heyvandalıq olan kənd sakinlərinə edilən haqsızlıqların sayı-hesabı saya gəlməz qədərdir. Bunlardan ən birincisi Səmədabad kəndində torpaq islahatının düzgün aparılmaması olub. Belə ki, 5 min ha torpaq sahəsi olan bu kənddə sakinlərə 3 hissədən (sualtı, şərti, dəmyə) olmaqla adambaşına 0.82 ha torpaq sahəsi verilib, qalan torpaqlar isə səlahiyyət sahibləri arasında bölüşdürülüb. Təkcə, sabiq icra başçısı Mahir Quliyev deyil, ondan əvvəl işləmiş digər icra başçıları da torpaqların mənimsənilməsində birbaşa iştirak edərək 300 ha-dan çox “pay” torpağına sahiblənə biliblər. Yəni, Biləsuvar rayonuna gələn icra başçılarının əsas məqsədi həm də Səmədabad kəndində olan torpaqların satılması və mənimsənilməsi olub. Müraciətdə qeyd olunur ki, onlar bu torpaqlara əsasən, yaxın qohumlarının adına keçirməklə yiyələnmiş, həmçinin bu ərazilərdə maldarlıq fermaları, əkinçilik təsərrüfatları yaratmağa müvəffəq olmuşlar. Səmədabad kəndində də bu işdə səlahiyyət sahiblərinə birbaşa “xidmət” göstərən yerli bələdiyyə sədri Hidayət Həsənov olub.

2011-ci ildə Mahir Quliyevin Biləsuvara icra başçısı təyin edilməsindən sonra rayonun, eləcə də Səmədabad kənd sakinlərinin vəziyyətinin bir az da çətinləşdiyi müraciətdə xüsusi olaraq vurğulanır. “Artıq, boş torpaq sahələrinin qalmadığını görən Mahir Quliyev özünə yaxın adamların əli ilə sakinlərə məxsus torpaq sahələrini, həmçinin heyvandarlıq üçün verilmiş örüş-otlaq ərazilərini də məcburi şəkildə sakinlərin əllərindən alaraq imkanlı şəxslərə satdırmışdır. Səmədabad kəndində qoyun fermaları tamamilə məhv edilib, sakinlər dədə-baba məşğuliyyətlərindən məcburən uzaqlaşdırılıblar. Kənd sakinlərinin torpaq sahələrinin əllərindən alınması ailələrin maddi durumunu da çox pis vəziyyətə salıb. Mahir Quliyev Səmədabad kənd bələdiyyəsinin sədri Hidayət Həsənovun əli ilə satmamış torpaq sahəsi qoymayıb...”,- deyə müraciət müəllifləri bildirirlər.
Müraciət müəllifləri bələdiyyə sədri Hidayət Həsənovu daha ciddi qanunsuzluqlarda ittiham edərək, müvafiq qurumların bu işə seyrçi qalmamalarını və mövcud vəziyyətin aktuallığını nəzərərə alaraq qanuni ölçü götürülməsini xahiş edirlər: “Hidayət Həsənov bələdiyyə sədri olsa da, bələdiyyəyə aidiyyatı olmayan Biləsuvar Ehtiyyat Fond torpaq sahələrini də Mahir Quliyevin əli ilə Əmlak Mələləri üzrə Dövlət Komitəsinin sabiq sədri Kərəm Həsənovun adından istifadə etməklə satılmasında iştirak edib. İndi həmin torpaqları Cəlilabad rayon İcra hakimiyyəti başçısının müavini Alıcı Dilavərov və yerli bələddiyyə üzvü Baxış adlı şəxs 1 hektarını 100 manatdan icraya verirlər...”.

Biləsuvarın sabiq icra başçısı Mahir Quliyevin yaxın adamı kimi tanınan Hidayət Həsənovun bir müddət öncə bələdiyyə üzvlərinin iclası və protokoluna əsasən, sədrlikdən uzaqlaşdırılmasına baxmayaraq, möhürü və ştampı təhvil vermək istəməməsi də müraciətdə göstərilən olduqca ciddi faktlardan biriridir. Baş verənlərə rəğmən, bütün müvafiq qurumlara rəsmi olaraq məlumat verilsə də, Hidayət Həsənovla bağlı hələ ki, heç bir tədbir görülmədiyi müraciətdə qeyd olunur.

Müraciətdə adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.


Bələdiyyə sədri Hidayət Həsənov


Səmədabad kənd sakinlərinin müraciət məktubu





Məmmədsan Həsənov



Xəbər 4639 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı

04.09.2025  10:00 

Yeniyetmə su kanalında boğulub


BÜTÜN XƏBƏRLƏR +