Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb
Gəlinini döyən qayınana cəzalandırılıb


16.03.2020  14:19 

Xəritələrin innovativ (CİS) üsula tərtibi yarışması keçirilib - FOTOLAR+VİDEO





A+  A-

XXI əsrin informasiya və texnologiya əsri olduğunu nəzərə alaraq, bütün elm sahələrində tətbiqi istiqamətində yeni-yeni addımlar atılır. Coğrafi İnformasiya Sistemləri də (CİS) bu sahələrdən biridir.
Coğrafiya və İnformatikanın vəhdəti olan CİS hər daim yenilənən texnologiyaların maarifləndirilməsinə ehtiyac duyur. Müxtəlif sahələrdə təhsil alan tələbələrin innovativ texnologiyaları mənimsəməsi günümüzün ən vacib ehtiyaclarından biridir ki, inkişaf rəqabət mühitində olur.

Bütün bunların davamı olaraq 1 dekabr 2019 – 1 mart 2020-ci il tarixlərində Azərbaycan Respublikası Gənclər Fondu (C) kateqoriya üzrə 13-cü qrant müsabiqəsinin qalib layihəsi olan Xəritələrin innovativ (CİS) üsula tərtibi yarışması keçirilib.

Layihə rəhbəri və CİS mütəxəssisi Samir Vəlizadənin XəzərNews.az-a verdiyi məlumata görə, həyata keçirilən layihə ilə tələbələr yarış mühitində həm öyrəniblər, həm də öyrəndiklərini tətbiq ediblər. Yenilik ortaya qoymaq üçün iştirakçılar yarış mühitində axtarışa və inkişafa sövq edilib. Ödənişsiz layihələr keçirilməsinə baxmayaraq hər daim maarifləndirici, əyləncə xarakterli layihələrin keçirilməsi Qərb təcrübəsinə əsaslanaraq müasir gənclərin inkişafına yol açacağına inanırıq. Müasir gənc düşündürücü və tətbiqi yarışlarla öz potensialını sübut etməyə çalışır və inkişaf etmiş olur. Bu nailiyyətlər tələbənin gələcək peşəkar kariyerasına təkan vermiş olur.

Layihə iştirakçıları “Qarabağ Azərbaycanındır” mövzusu başlığında xəritələr tərtib ediblər. Kiçik Qafqaz dağlarını əhatə edən fiziki və iqtisadi rayonlar üzrə müxtəlif mövzularda xəritələr tərtib ediblər. Layihədə təcrübəli və hətta ilk xəritəsini layihə müddətində hazırlayan cəsur iştirakçılar var idi. Layihə eksperti c.ü.f.d Rövşən Kərimov (AMEA Coğrafiya İnstitutunun aparıcı elmi işcisi) yarışın gedişatını izləyərək iştirakçıları qiymətləndirib. Layihə rəhbərinin köməkçisi Nofəl Ertunov layihə çərçivəsində təşkilatı və iştirkaçıların texniki problemlərini həl edib. Xəritələrin qiymətləndirilməsi CİS (Coğrafi İnformasiya Sistemləri) və Kartoqrafiya sahəsinin ekspertlərinin iştirakı ilə həyata keçirilib. (BDU–nun müəllim kartoqraf ekspert Əli Qasımov, CİS ekspertləri Elvin Əliyev, Amil Ağayev, Şəhriyar İsmayılov və Vüsal Rüstəmov).
Layihənin qalibləri və bütün iştirakçıları təbrik edirik.














Xəbər 4114 dəfə oxunub.




05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +