Rusiyanı yalnız Çin dayandıra bilər - Tramp
Trampın mövqeyi Rusiyada eşidilmir - Zelenski
Bu proses hansı məhsulların qiymətini artıra bilər?
Mən Putinin alovlu döyüşçüsüyəm! - Kadırov
“Formula-1“ başlayır - Bakıda
Bu ölkədən Ukraynaya hərbi yardım
Şuşada tarixi qərar: Bakı-Əbu-Dabi xəttində strateji tərəfdaşlıq mərhələsi
Kamçatkada güclü zəlzələ -VİDEO
Deputat istefa verdi, bütün rəhbər heyət getdi
Tanınmış ssenarist vəfat etdi -FOTO


27.06.2022  10:07 

Temperatur kəskin dəyişəcək, güclü külək əsəcək





A+  A-

Yaxın 3 günün hava proqnozu barədə məlumat verəcəyik. Həm havanın temperaturu yüksələcək, həm də küləyin sürəti artacaq. Bölgələrdə isə şimşək çaxacağı və yağış yağacağı ehtimal olunur. Bu barədə Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Bundan əlavə, güclü küləklə əlaqədar Fövqəladə Hallar Nazirliyi də əhaliyə müraciət edib.

XəzərNews.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bu gündən etibarən küləyin sürətinin ötən günlərlə müqayisədə artacağını bildirib.

Gülşad Məmmədova bölgələrdə də havanın küləkli və yağışlı olacağını bildirib.

Onu da qeyd edək ki, gözlənən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Bildirilib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, həmçinin hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Eləcə də güclü küləyin baş verən yanğınların söndürülməsi ilə bağlı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Həmçinin, güclü küləkli hava şəraitində çimərliklərdə dənizə girmək təhlükəlidir. Bununla yanaşı, ildırımın səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, daldalanmaq üçün hündür ağacların altında gizlənməmək və bu məqsədlə çökək yer seçmək, avtomobildə olduqda hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilib.

Xəbər 3005 dəfə oxunub.




18.09.2025  16:18 

Eyfel qülləsi bağlanıb

18.09.2025  13:02 

Prezident Marta Kosu qəbul edib


BÜTÜN XƏBƏRLƏR +