Dayısının 1 milyon manata yaxın pulunu ələ keçirdi
Prezident Qazaxıstana səfər edəcək
Mehdiyevin oğlunun şirkəti borca düşdü
Prezident yeni səfiri qəbul etdi
Mehdiyevə çağırış olmayıb... - TƏBİB-dən açıqlama
Paşinyan Ermənistanı ABŞ-İran qarşıdurmasına hazırlayır?
Yusif Şirinli tutduğu vəzifədən azad olunub
Dron hücumları: Rusiyanın üç bölgəsi işıqsız qalıb
89 yaşlı qadın orduya 20 min qrivina bağışladı
Ramiz Mehdiyevin halı pisləşib


21.02.2020  16:05 

İki nəfərin ölümünə səbəb olan sürücü tutuldu





A+  A-

Fevralın 20-də Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisində 1981-ci il təvəllüdlü Zaman Abdullayevin idarə etdiyi “KİA” markalı 90-UB-986 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək reklam lövhəsinə çırpılması nəticəsində sürücü və sərnişinin aldıqları xəsarətlərdən hadisə yerində vəfat etmələri barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən XəzərNews.az-a daxil olan məlumata görə, aparılmış təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, “KİA” markalı avtomobil əvvəlcə eyni istiqamətdə hərəkətdə olan 1989-cu il təvəllüdlü Babalar Bayramovun idarə etdiyi “Ford” markalı 52-BK-626 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, daha sonra idarəetməni itirərək reklam lövhəsinə çırpılmış, “Ford” markalı avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyət hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə şahidlər dindirilmiş, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış istintaqla hadisənin B.Bayramov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməsinə, daha sonra sonuncunun hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edildiyindən o, fevralın 21-də şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər 3426 dəfə oxunub.



16.10.2025  12:52 

Prezident yeni səfiri qəbul etdi

16.10.2025  10:28 

Ramiz Mehdiyevin halı pisləşib

16.10.2025  10:12 

Ukrayna Saratovu dumana bürüdü

15.10.2025  17:35 

Bakıda parad keçiriləcək


BÜTÜN XƏBƏRLƏR +