DİN: Bir gündə 34 cinayətin üstü açılıb
Qızı da atası kimi adını villasına həkk etdirib - Foto
Arabaçının adına 5 şirkət var, 54 min 441 manat da...
Arvadının saçını yolan FHN işçisi həbs edilib
Putin Ukrayna konfliktinə son qoymaq istəyir -Tramp
Tramp-Zelenski arasında görüşü keçirilir - Foto/Yeniləndi
Rusiyada güclü partlayış
Klub prezidenti öldürüldü -FOTO
Finlandiyadan bu ölkəyə milyonluq yardım...
Havaya qalxdı, Bakıda təcili eniş etdi -Təyyarədə nə baş verib?


05.04.2018  10:56 

Professorun evini yardılar





A+  A-

Ukraynada yaşayan “Kiyev-Mohıla Akademiyası” Dövlət Universitetinin müəllimi, tarix elmləri doktoru, professor Fərhad Turanlının Kiyev şəhərindəki evində oğurluq olub.
Faktı XəzərNews.az-a Fərhad Turanlı özü də təsdiq edib.

Aprelin 4-də yerli vaxtla saat 15.00 radələrində oğrular açar seçmə üsulu ilə F.Turanlının evinə daxil olublar.

“Təxminən saat 14.00-da işə getdim, qayıdanda isə evə oğru girdiyini bildim. Bir otaqlı mənzili daha çox kitabxana kimi istifadə edirdim, kompüterimi, digər texniki avadanlıqlarımı, müxatəlif öklələrdən aldığım qiymətli hədiyyələrin hamısını aparıblar” - deyən professor bildirib ki, hadisəni öyrənən kimi polisə məlumat verib, əməliyyatçılar evə gələrək barmaq izləri götürüblər.

Qeyd edək ki, hadisəni öyrənəndən sonra Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavdov və digər diaspor fəalları F.Turanlının evində olublar.

Xatırladaq ki, F.Turanlı 2016-cı ildə diasporun inkişafında xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.

F.Turanlı xaricdə ictimai-elmi fəaliyyət göstərən vətənpərvər soydaşlarımızdan biri kimi diaspor və lobbiçilik istiqamətində Azərbaycanın milli mənafelərini ləyaqətlə müdafiə edən ziyalılardan biridr.

Rus, ukrayna, türk, polyak, ərəb, fars və ingilis dillərini mükəmməl bilən Fərhad Turanlı dünyanın müxtəlif ölkələrində dərc edilmiş neçə-neçə elmi məqalənin, tədqiqat əsərinin və dərsliklərin müəllifidir. F.Turanlı Ukrayna Milli Elmlər Akademiyasının qərarı ilə "Ukraynada Şərqşünaslıq elminin inkişafındakı xüsusi əməyinə görə" mükafatı ilə təltif olunub. Ukraynada yaşayan yarım milyona yaxın azərbaycanlının vahid ideya mərkəzində birləşməsində, oradakı gənc soydaşlarımız arasında azərbaycançılığın təbliğində Fərhad Turanlının xidməti də az deyil.

Ukraynada, Polşada, Türkiyədə və Azərbaycanda neçə-neçə beynəlxalq konfransların və simpoziumların iştirakçısı olmuş Fərhad Turanlı Ukrayna və Azərbaycan xalqlarının qədim tarixi dostluğundan, mədəniyyətlərimizin qardaşlığından bəhs edən bir sıra əsərlərin müəllifi kimi də tanınır.

Xəbər 3470 dəfə oxunub.



17.10.2025  21:48 

Rusiyada güclü partlayış

17.10.2025  21:43 

Klub prezidenti öldürüldü -FOTO

17.10.2025  21:12 

İcra başçısı olacaq?

17.10.2025  21:07 

Evlərində axtarış aparılıb

17.10.2025  17:58 

Sabiq professor vəfat etdi -FOTO


BÜTÜN XƏBƏRLƏR +