Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov


15.09.2021  12:39 

Bakıda hərbçilərin yürüşləri keçirilir





A+  A-

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə “Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır” devizi altında hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçirilir.
XəzərNews.az xəbər verir ki, Bakıda keçirilən yürüşlərə iki istiqamətdən - Şəhidlər Xiyabanından və 28 may küçəsindəki Səməd Vurğun bağından start verilib.

Əvvəlcə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun iştirakı ilə Şəhidlər xiyabanı və Türk şəhidliyi ziyarət olunub.

Abidələr qarşısına əklil və gül dəstələri qoyularaq şəhidlərin xatirəsi ehtiramla yad edilib. Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib.
Sonra hərbi qulluqçular təyin olunan marşrutlar üzrə yürüşə başlayıblar.

Qeyd edək ki, Naxçıvan, Gəncə, Sumqayıt və Şuşa şəhərlərinin mərkəzi küçələrində də hərbi qulluqçuların yürüşləri təşkil edilib.

Xəbər 3282 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +