Bəybala Xankişiyevə “stop“ qoyuldu -FOTO
Sergey Neçayev Almaniya XİN-ə çağırılıb
Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
“Boeing 737 “ sərnişin təyyarəsi təcili eniş edib
Gürcüstanda buna yol verilməyəcək - Kobaxidze
Ukraynanı işğal etməklərinə imkan verməyəcəyik -Zelenski
Bu ölkənin səfiri Finlanlandiya XİN-ə çağırıldı
Məşhur mağaza Azərbaycandakı filiallarını bağlayır - FOTOLAR
Bu yolda hərəkət məhdudlaşdırılır
Zaxarova: “Moskva Bakıdan cavab gözləyir”


12.09.2025  12:22 

Almaniyaya qaçaq gedən qızı TIR-da zorladılar





A+  A-

Türkiyənin Malatya şəhərindən olan bir tələbə qız dəfələrlə viza müraciətinə rədd cavabı aldıqdan sonra Almaniyaya qaçaq yollarla getməyə qərar verib.

XəzərNews.az xəbər verir ki, Avropa Azərbaycanlıları səhifəsi qızın azərbaycanlı olduğunu iddia edir. Lakin Türk mətbuatı qızın Türk olduğunu bildirir.

Qeyd olunur ki, gənc qız 9-10 nəfərlik bir qrupla yola çıxaraq yük maşının arxasında sərhədi keçməyə çalışıb.

Lakin dəhşətli hadisə yolda baş verib. İddialara görə, qız 4 əfqan və 2 suriyalı miqrant tərəfindən dəfələrlə zorlanıb. O, Xorvatiyanın Osijek şəhəri yaxınlığında meşə yolunda huşsuz vəziyyətdə tapılıb.

Hadisə ilə bağlı Xorvatiya polisi araşdırmalara başlayıb. Qız xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.

Hazırda Xorvatiya hüquq-mühafizə orqanları təqsirləndirilən şəxslərin axtarışını davam etdirir.

Hadisə Türkiyədə də geniş müzakirə olunub. Sosial mediada çoxsaylı istifadəçilər Avropaya qaçaq yollarla gedənlərin yaşadığı faciələri yada salaraq, hökuməti gənclərə daha çox imkan yaratmağa çağırıblar.

Qeyd edək ki, Avropaya qaçaq yollarla daxil olmağa çalışan miqrant qadın və qızların zorakılığa məruz qalması halları tez-tez qeydə alınır. BMT Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və Human Rights Watch-un hesabatlarında vurğulanır ki, Balkan marşrutu boyunca qadın miqrantların təxminən 60%-dən çoxu müxtəlif formalarda cinsi istismara məruz qalır.

Xüsusilə Türkiyə–Bolqarıstan–Serbiya–Xorvatiya xətti bu baxımdan riskli hesab olunur. Beynəlxalq təşkilatlar dəfələrlə Avropa ölkələrinə çağırış edərək, qaçqın qadın və uşaqlar üçün təhlükəsizlik mexanizmlərinin gücləndirilməsini tələb ediblər.



Xəbər 660 dəfə oxunub.



12.09.2025  14:42 

ADNSU-nun yataqxanası bağlanıb


BÜTÜN XƏBƏRLƏR +