Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


03.08.2023  17:48 

Ermənilər Laçın yolu məsələsini BMT-yə çıxarır





A+  A-

Bu gün BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkdakı mənzil-qərargahında “Ərzaq təhlükəsizliyinin təmin edilməsi və münaqişə vəziyyətlərində aclığın aradan qaldırılması” mövzusunda açıq müzakirə keçiriləcək. Bu müzakirə zamanı Ermənistan tərəfi Qarabağdakı vəziyyəti təqdim edəcək.

XəzərNews.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin çoxtərəfli siyasət və inkişaf əməkdaşlığı departamentinin rəhbəri David Knyazyan jurnalistlərə müsahibəsində verib.

“Əlbəttə, mövzu tamamilə bizim vəziyyətimizə uyğundur, erməni tərəfi məruzə edəcək və vəziyyəti təqdim edəcək. Laçın dəhlizinin açılmasını təmin etmək üçün bütün beynəlxalq forumlarda mövcud vasitələrdən istifadə edəcəyik. Bu cür alətlər çoxdur, biz onlardan ardıcıl olaraq istifadə edirik və lazım gəldikdə həyata keçiririk, məqsəd Azərbaycana beynəlxalq təzyiqləri artırmaqdır”, - deyə nazir müavini əlavə edib.

Qeyd edək ki, Təhlükəsizlik Şurasının iclasında Ermənistan adından xarici işlər nazirinin müavini Vahe Gevorqyan çıxış edəcək.

Xəbər 1262 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +