Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


25.02.2021  22:48 

Bakıdan Kiyevə xüsusi uçuşlar başlayır





A+  A-

Azərbaycanın Milli Aviadaşıyıcısı martın 8-dən Bakı-Kiyev-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayacaq.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, "Azərbaycan Hava Yolları" qeyd olunan marşrut üzrə həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı günləri müntəzəm reyslər icra edəcək. Uçuşlar "Borispol" hava limanına həyata keçiriləcək.

www.azal.az saytı vasitəsilə aviabiletləri əldə edə bilərsiniz, habelə mövcud cədvəllə tanış ola bilərsiniz.

Bakı-Kiyev istiqaməti üzrə reysin sərnişinləri:

- Ukrayna ərazisinə giriş hüququna malik olmalıdırlar. Pandemiya dövründə Ukraynaya giriş qaydaları aviaşirkətin saytında təqdim olunmuşdur. Bu keçiddən istifadə edin: https://www.azal.az/az/information/covid-ukraine

- koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Azərbaycanda COVID-19 testindən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin saytında dərc olunmuşdur: https://www.azal.az/az/information/covid-clinics

Kiyev-Bakı istiqaməti üzrə reysin sərnişinləri:

- Azərbaycan ərazisinə giriş hüququnu yoxlamalıdırlar. Azərbaycan ərazisinə giriş icazəsi olan şəxslərin siyahısı ilə aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-azerbaijan;

- koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Testin nəticəsində QR-kod da göstərilməlidir, həmin kod qeydiyyat masalarında yoxlanılacaq.

Kiyevdə koronavirus infeksiyasına (COVID-19) dair testdən bu səhifədə qeyd olunan klinikaların birində keçə bilərsiniz. Tərəfdaş klinikalar şəbəkəsi genişləndikcə bu siyahı daha da artacaqdır.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının qərarına əsasən, Bakıya aviareyslərlə gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar.

Hər iki istiqamət üzrə reslərin sərnişinləri testin nəticəsi uçuşdan əvvəl 48 saat ərzində etibarlı olub olmasından əmin olmalıdırlar. Eyni zamanda, pandemiya dövründə AZAL aviaşirkəti tərəfindən tətbiq edilən xüsusi daşıma qaydaları ilə tanış ola bilərsiniz: https://youtu.be/-s-0s4o1L2M

Xəbər 2108 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +