Xəstəxanada şəkər xəstələri ilə qarşıdurma - Video
Ukraynada Rusiyaya casusluq edənlər ifşa olunub
Fərhad Məmmədov Yerevan səfərindən yazdı... - Fotolar
“Podium Park”da müştərinin çantası oğurlandı – Fotolar
Sanksiyaları Putini küncə sıxışdıra bilər – Sky News
Zelenski: Bunu çoxdan gözləyirdik
Özəl sektorda çalışanlar vergi verəcək? - RƏSMİ
Çin Putinə xəbərdarlıq edib?
Bu ərazilərdə söküntü işləri aparılacaq
Prezident Viktor Orbana təbrik məktubu ünvanlayıb


20.10.2025  10:51 

Ramiz Mehdiyev yaxın adamını necə səfir göndərib?





A+  A-

Dövlətə xəyanətdə ittiham olunan Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin adının Azərbaycanla yanaşı xarici ölkələrdə də biznes fəaliyyətində hallandığı ilk hal deyil.

Ramiz Mehdiyev hələ PA-nın rəhbəri olduğu illərdə sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovla ortaq şirkətlərinin Ukraynanın işğal altında olan Donetskdəki separatçılarla əlaqələri Ukraynanın Təhlükəsizlik Xidməti tərəfindən ifşa olunmuşdu.

2019-cu ildə Ramiz Mehdiyevlə Elton Məmmədova məxsus şirkətin adı Ukraynada ciddi qalmaqala səbəb olmuşdur. Belə ki, Ramiz Mehdiyevin göstərişi ilə Azərbaycan vətəndaşlarının Donetskdə separatçıların nəzarətində olan ərazilərə milyonluq investisiya qoyması faktı Ukrayna Xarici İşlər Nazirliyinin Azərbaycan dövlətinə nota verməsi ilə nəticələnmişdi. Bu hadisədən dərhal sonra Ramiz Mehdiyev özünün yüksək vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, PA-da təcili müşavirə keçirmiş və Azərbaycan dövlətinə qarşı notaya səbəbkar olmuş biznes şəriki Elton Məmmədovu tənqid etmək yerinə, onun müdafiəsinə qalxmışdır.

Həmin müşavirədə Ramiz Mehdiyev Azərbaycanın Ukraynadakı səfirini və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisini məsələni "ört-basdır" etmədikləri üçün əsassız yerə tənqid edərək, hədəfə götürmüşdür. Bu hadisədən qısa vaxt sonra isə Azərbaycanın Ukraynadakı səfiri geri çağırılmış və onun yerinə Ramiz Mehdiyevin yaxın adamı olan Xalq yazıçısı Elmira Axundova səfir təyin olunmuşdur. Elmira Axundova Ukraynaya səfir göndəriləndən sonra Ramiz Mehdiyevin Ukrayna və Moldovadakı biznes şəbəkəsi daha da "çiçəklənmə"yə başlayıb.

Təsadüfi deyil ki, Ramiz Mehdiyevin Kiyev vilayətinin Makarov qəsəbəsində nəhəng donuz ferması və kolbasa istehsalı zavodu fəaliyyət göstərir. Hətta, Ramiz Mehdiyevin general oğlu Teymur Mehdiyev tez-tez bu müsəsisəyə baş çəkir. Sözügedən müəssisənin fəaliyyəti və istehsal edilən məhsulları Ukraynada müharibə başlamasına baxmayaraq, qısa zamanda yerli və xarici bazarlarda populyarlaşıb. Mehdiyevin zavodu Ukraynadan Azərbaycana da donuz əti məhsulları idxal edir.

Xatırladaq ki, Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib./demokrat.az


Xəbər 2443 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.10.2025  12:15 

Zelenski: Bunu çoxdan gözləyirdik

23.10.2025  11:42 

Çin Putinə xəbərdarlıq edib?

22.10.2025  16:10 

Zərdabda tiktoker həbs olundu

22.10.2025  15:17 

Qısamüddətli yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +