Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


24.06.2017  15:43 

“Xalq Cümhuriyyəti dövründə Ordumuzu quran şəxslər simvollardır”





A+  A-

Azərbaycan tarixində əhəmiyyətli iz qoyan insanlar var. Silahlı Qüvvələr Günü ərəfəsində xatırladığımız, xatırlatdığımız ordu qurucularımız buna nümunədir. Doğrudur, unutmuruq, amma bu insanlara, onların varislərinə biganə qaldığımızı da etiraf etməliyik. Götürək elə Cümhuriyyət dövründə hərbi nazir olmuş Səməd bəy Mehmandarovun ailəsini. Əksəriyyət onun oğlu İqor Mehmandarov və gəlini İza Polagina haqqında xəbərsiz idi. İqor dünyasını dəyişsə də, İza xanım hələ də Bakıdakı mənzilində yaşayır.
Tariximizə, tarixi şəxsiyyətlərimizə niyə bu qədər biganəyik?

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc açıqlamasında bildirib ki, ordumuzun təməl daşını qoyan insanların varisləri xalq, dövlət üçün çox önəmlidir:

“Azərbaycanda hər bir mühüm dövlət qurumları və ya təhlükəsizlik sistemi varislik ənənələrinə söykənməlidir. Çünki vətənpərvərlik öz-özlüyündə yalnız söz, xüsusi ibarələr və ya şüar deyil. Bundan ötrü dövlət və millət qarşısında həyatını qoyan, keçmişdə bu fəaliyyəti ilə azadlığımıza və dövlətçiliyimizə xidmətlər göstərən insanları anmaqla onlar dəyərləndirilməlidir. Fundament budur. Şübhəsiz ki, Azərbaycan Xalq Cümhuriyyəti və ondan sonra müstəqil ordunun formalaşmasında yer alan ismlər yaxşı obrazlar, simvollardır. Əsgər və ya zabit hansısa ideallara bənzəmək istəyir. Rusiya daxil Avropa ölkələrinin özü də tarixin ən müxtəlif hissələrindən qəhrəmanlarını simvollaşdırır, ədəbiyyatın, mədəniyyətin, incəsənətin, filmlərin, təhsilin ayrılmaz hissəsinə çevirir və bununla da millətləşməni həyata keçirir. Böyümək, formalaşmaq, güclənmək kimi xətti gerçəkləşdirir. Bu səbəbdən qeyd etdiyiniz isimlər çox önəmlidir və onların varislərinin, nəslinin qorunub saxlanması, şəcərəsinin də itməməsi vacibdir”.

Zahid Orucun sözlərinə görə bu insanlara biganə qalmamaq üçün müəyyən normativlər hazırlanmalıdır:

“Qiymətləndirmə təkcə mükafat, təqaüd anlamına gəlmir. Lakin mənəvi diqqət, anmaq, dəyərləndirmək, bu insanların varislərini efir məkanına çıxarmaq çox əhəmiyyətlidir. Rusiyada hər il 9 may tarixində doğmalarının potretini başı üzərinə qaldıranları, bununla da bugünkü müasir Rusiyanın gücünə xidmət edən aksiyaları görürük. Bizim üçün də belə tədbirlər vacibdir.
Ümumiyyətlə, hesab edirəm ki, ordunun yaranmasına təsir göstərən, şücaəti, qəhrəmanlığı olan insanların doğmalarına bir münasibət üçün hər hansı normativlər hazırlamaq lazımdır. Bunu bir müəssisəyə çevirməliyik və kiminsə şəxsi iradəsinə, öhdəsinə buraxmamalıyıq. Azərbaycan prezidenti hər zaman belə məsələlərdə həssaslıq göstərir, yüksək nümunələr ortaya qoyur. Belə olan təqdirdə biz də daha diqqətli olmalı və bu insanların varislərinə biganə qalmamalıyıq”. (Modern.az)


Xəbər 3220 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +