Bakıda bu ərazidə hər gün zibil yandırılır
Hindistandan Azərbaycana qarşı düşmən addım
Yasamalda sürücüləri narahat edən bərbad yol
Mərkəzi parkda ikiyaşlı uşaq kanalizasiya quyusuna düşdü
Azyaşlıları zorla dilənçiliyə cəlb edən şəxs tutuldu
Bakının mərkəzində 68 illik bina qəzalı vəziyyətdədir
“Naxtel“ fəaliyyətini dayandırır
Balakəndə polis dağlarda əməliyyat keçirdi
Qohumları tərəfindən yetim uşağa işgəncələr verilib
Xırdalanda yaşayış binasındakı təhlükəli vəziyyətlə bağlı - Açıqlama+VİDEO


11.06.2025  10:06 

ZƏNGƏZUR DƏHLİZİ ALİ RƏHBƏRİ DEVİRİR: XOMENEİNİ O ƏVƏZ EDƏCƏK





A+  A-

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı” analitik verilişi Pozan TV-nin youtub kanalında davam edir.

Verilişdə səsləndirilən fikirləri qısa tezisini təqdim edirik:

- Ali rəhbərin müşaviri, keçmiş xarici işlər naziri Ə.Vilayəti Zəngəzur koridoruna imkan verməməklə qürurlanır. Bunu Rusiya üçün hədiyyə kimi də təqdim etmək istəyirlər. RF sərhədçiləri Ermənistan-İran sərhədini tərk edərkən İran hərbçiləri bayram etmişdi. Bu gün Ermənistanda Aİ, Avropa, NATO ilə əməkdaşlıq edən Ermənistanla İranın əlaqələri ən yüksək səviyyədədir, hətta "İbrahim müqaviləsi"nə qoşulmağa hazırlaşan Ermənistan da İran üçün mühüm tərəfdaşdır. Heç bir təhlükə mənbəyi yaratmır.

Zəngəzur koridorunun İran üçün əsas mahiyyəti Türkiyəfob və Azərbaycanfobdur. İslam dünyası Türkiyə və Azərbaycandan fərqli olaraq İranın yeganə çıxış yolu Ermənistandandır. Azərbaycan və Türkiyə İranı blokadaya ala bilərlər. Bu, İranın ciddi səhvidir. Türkiyə istənilən anda İranın Avropaya yolunu bağlaya bilər. Bu gün İranın Avropya gedən yüklərinin 100% Türkiyə üzərindən çıxır.

Azərbaycan İranın xilasedicisidir. İran fars - Azərbaycan uyuşmazlığına görə bu variantı qəbul etmədi. İrandan Ermənistana 20 il ərzində yol çəkə bilməyiblər. Bu təbii ki, İranın imkansızlığındandır. Gürcüstan - İran münasibətlərini bilənlər bu işə maneyə törədiblər. İrandan Ermənistana yol gələ bilər, Ermənistanla Gürcüstan arasında problemlər Ermənistanın Azərbaycanla problemlərindən daha çoxdur. Lori vilayəti tarixən Gürcüstanındır. 1920- ci illərdə XI Qırmızı Ordu onu o zaman Gürcüstandan alıb, Ermənistana bağışladı. Müstəqillik illərində Ermənistanın Gürcüstanla sərhədlərinin delimitasiya, demarkasiya olunmamasının səbəbini İran araşdırsın. Azərbaycanla münaqişədə idi, torpaqlarını işğal etmişdi, İran da bu işğalda Ermənistana kömək etmişdi. Gürcüstanla münasibətləri normal görünsə də delimitasiya, demarkasiya getməyib.

Ermənistanla Gürcüstan arasında incə, dərin tarif problemi var. Bu yaxınlarda konyak mövzusu çox şeyin üstünü açdı. Nazir A.Mirzoyan bildirdi ki, Gürcüstan və Ermənistanın arasında olan maneələr sünidir. Yəni Gürcüstan tərəfindən süni qoyulan maneələrdir.

İranın Ermənistandakı səfirləri bunu öyrənməyiblər. İndiki səfir Azərbaycana qarşı hər cür şər-böhtan yağdırır. Gürcüstanda işləyən İran səfirləri bunu öyrənməyib və ya bilərəkdən Ali rəhbərə çatdırmayıblar. İranın düşüncəsinə görə Gürcüstandakı azərbaycanlıları ələ alıb, Gürcüstan dövlətinə qarşı qoyan İranı Gürcüstan hökuməti müdafiə edəcək, şərait yaradacaq. Rəsmi Tbilisi bilir ki, Gürcüstandakı azərbaycanlıları əksərən ermənilərin xeyrinə işlədən də İrandır.

Bütüb bunlar sadəcə ali rəhbəri Azərbaycan və Türkiyəyə qarşı qoymaq, azərbaycançılığa xəyanətə vadar etmək, hakimiyyətdən uzaqlaşdırmaq istiqamətində atılan addımlardır.



Xəbər 3510 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

01.09.2025  13:58 

“Kriti“ Vüsal saxlanıldı

01.09.2025  12:21 

Sabahın hava proqnozu açıqlanıb

31.08.2025  21:05 

Ermənistanda meşə YANIR

31.08.2025  20:53 

İnna Bakıda konsert verdi -VİDEO

31.08.2025  14:28 

Məşhur reper intihar edib?


BÜTÜN XƏBƏRLƏR +