Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi


19.08.2025  18:06 

“Tender kralı” Cəlilabadda yarım milyonluq tender uddu





A+  A-

"Tender kralı” kimi tanınan "Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti daha bir satınalma müsabiqəsinin qalibi seçilib.

XəzərNews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, şirkət Cəlilababd Rayon İcra Hakimiyyəti Başçısının Cəlilabad Şəhər Ərazi Nümayəndəliyinin Cəlilabad şəhərində yolların əsaslı təmiri ilə ilə bağlı keçirdiyi tenderdə qalib olub.

Yolların təmirinə görə şirkətə 423 594,59 manat ödəniləcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Elnur-2” şirkəti 11 fevral 1994-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57 olan şirkətin qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğludur.

Şirkətin nizamnamə kapitalı isə 1 manat 60 qəpikdir.

Açıq mənbələrdə "Elnur-2” şirkəti barədə hər hansı məlumat yoxdur. Zaur Abıyevin adı isə "MTN işi”ndə keçir. İş materiallarından aydın olur ki, Zaur Abıyev də MTN-dəki məlum dəstənin hədəfinə gəlib.

"Elnur-2” Universal İstehsalat Kommersiya Şirkətinin hazırda 4 885,85 manat vergi borcu var. Şirkət cari ildə 4 tenderin qalibi seçilib.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmadan aydın olur ki, şirkət əsasən cənub bölgəsində yerləşən rayonların yerli icra hakimiyyətlərinin keçirdiyi tenderlərin qalibi seçilib.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovdur. O, 2021-ci ildən rayona rəhbərlik edir.

Xəbər 2209 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +