İlham Əliyev Zəngilana səfər edib
Əhmədzadənin həbsi ilə... 32 azərbaycanlı uşağın təhsili yarıda qaldı
“Lukoyl” Azərbaycandakı məntəqələrini satışa çıxardı
“Bolmart” supermarketlər şəbəkəsi bağlanıb
Deputatın üçüncü oğlu üzə çıxdı
Seçkili orqanlarda tayfabazlıq... - Sərdar Cəlaloğlu
Ermənistan kimi seçdi: Tehranı, yoxsa Bakını?
İstintaqın əlində siyahı varsa... - İqbal Ağazadə
Prezident pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub
Baltik şirkətləri Rusiyanın “kölgə donanması”na dəstək verir


28.03.2017  17:58 

Bulvardakı “WiFi”dan necə istifadə edək?





A+  A-

Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, həmçinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində istifadəyə verilən “Ictimai WiFi”-a qoşulmaq üçün istifadəçilər qeydiyyatdan keçməlidirlər.
XəzərNews.az-ın Trend-ə istinadən məlumatına görə, qeydiyyatdan keçmək üçün istifadəçilər mobil telefon, "notebook", planşet və s. portativ cihazlarda şəbəkə siyahısında “Baktelekom”-u seçməlidirlər.

İstifadəçi açılan “Phone number” xanasına öz mobil telefon nömrəsini yazır və “Get password” düyməsini aktiv edir. Daha sonra sistem tərəfindən istifadəçinin mobil nömrəsinə SMS-lə şifrə göndərilir. Bu şifrə 3 saat ərzində aktivdir. İstifadəçi şifrəni “Password” xanasına daxil edərək ”Log In” düyməsini aktivləşdirir. Bununla da cihaz “İctimai Wi-Fi”a qoşulur.

SMS-lə göndərilən şifrə ilə yalnız 1 (bir) cihazın pulsuz internetə qoşulması təmin olunur.

İstifadəçi 1 saat pulsuz internetdən yararlanır. Bu müddət kifayət etmədikdə istifadəçi gün ərzində daha iki dəfə pulsuz xidmətdən faydalana bilər.

Xəbər 3388 dəfə oxunub.




28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib

27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq


BÜTÜN XƏBƏRLƏR +